Paşinyan - Azərbaycanı müharibəyə vadar edir
Ermənistanın baş naziri Nikol Paşinyan son vaxtlar sərsəm, savadsız və təxribat dolu bəyanatlarla gündəmə gəlir. Onun Qarabağ münaqişəsi ilə bağlı çıxışları daxili auditoriyanı ələ almağa hesablansa da, əslində Ermənistanda baş nazir postunda necə savadsız, burnundan qabağı görə bilməyən birinin oturduğunu göstərir. Paşinyan sonuncu bəyanatında iddia edib ki, Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycandan ayrılmağa hüquqi var idi. Rəsmi Bakı Nikola dərhal cavab verərək, onun absurd mövqeyini ifşa edib.
Yenixeber.org: Sabiq diplomat, politoloq Fikrət Sadıqov bildirib ki, Paşinyan beynəlxalq hüquq normalarından, konstitusiyadan bixəbər adamdır. Politoloq hesab edir ki, onun reallıqdan uzaq fikirləri Azərbaycana qarşı növbəti təxribatdır.
“Ermənistanın baş naziri Nikol Paşinyanın belə təxribatlarla məşğul olması birinci dəfə deyil. Bir çox hallarda o, bir-birinə zidd, təxribatçı bəyanatlar verir. Əgər Paşinyan siyasətçidirsə, çox təcrübəsiz və savadsızdır. O, bəyan edir ki, Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycandan ayrılmağa hüquqi var idi. Bu, onu sübut edir ki, Paşinyan beynəlxalq hüquq normalarından, konstitusiyadan bixəbərdir. Burada məsələ sadəcə olaraq real savadsızlıq nümayiş etdirməkdir. Digər amil də onunla bağlı ola bilər ki, real təxribatlarla məşğul olur və Azərbaycan tərəfini müharibəyə sürükləyir. Əgər belədirsə, Paşinyan layiqli cavabını almalıdır. Bəlkə bunda sonra sənədləri daha dəqiq oxuya, tanış ola bilər. Ümumillikdə götürdükdə isə, bu bəyanatlar Azərbaycanfobiya ruhunda verilən bəyanatlardır”.
F.Sadıqovun fikrincə, Paşinyan həqiqətən bir çox məsələlər barədə məlumatsızdır: “Paşinyan bundan əvvəlki fəaliyyəti dövründə insan hüquqlarının müdafiəsi ilə məşğul idi, rejimlərə qarşı mübarizə aparan, həbsxanalarda olan təsadüfi bir adam idi. Ona görə də bir çox sənədlərdən xəbəri yoxdur. O qədər ağılsız adamdır ki, savadsızlığını gizlədə də bilmir. Yəni özü-özünü həm öz xalqı, həm də dünya birliyi qarşısında ifşa, biabır edir”.
Politoloq vurğulayıb ki, Paşinyanın düşünülməmiş bəyanatları münaqişəni aktiv fazaya keçirə bilər: “Belə bəyanatlar, həmçinin təmas xəttində təxribatlar münaqişənin yenidən alovlanmasına gətirib çıxara bilər. Buna heç də şübhə etmirəm. Biz hücumedici taktikaya keçməliyik ki, Paşinyan bəyanat verəndə düşünsün. Başa düşsün ki, heç bir bəyanat, təxribat cavabsız qalmayacaq. Paşinyan özünü bundan sonra da belə aparsa, münaqişə alovlana bilər”.