Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Bu gədəyə yerini göstərmək lazımdır”

 

“Bu gədəyə yerini göstərmək lazımdır”

İşğalçı ölkənin baş naziri Nikol Paşinyanın Qarabağa növbəti səfəri və səsləndirdiyi sərsəm bəyanatlar Azərbaycan cəmiyyətində qəzəblə qarşılanıb.

Yenixeber.org: Tanınmış politoloq Qafar Çaxmaqlı rəsmi Bakının ciddi tədbir görməli olduğunu deyir:

"Paşinyanın Azərbaycana belə əlini - qolunu sallayaraq gəlməsi və burada həyasızcasına bəyanatlar verməsi qətiyyən yolverilməzdir. 

Bu erməni gədəsi artıq bütün sərhədləri aşır və həyasızcasına Azərbaycan dövlətini, xalqımızı təhqir etməkdən çəkinmir. 

Xankəndindəki çıxışında 1988-də olan Miatsum - Birləşmə  şüarı səsləndirərək Dağlıq Qarabağı Ermənistana birləşdirməyin yollarını göstərir. O, “Dağlıq Qarabağ Ermənistandır” - deməklə də Azərbaycanı təhqir edir. Bunu bir jurnalist və yaxud yazar demir, Ermənistanın baş naziri, birinci şəxsi deyir. 

Azərbaycan rəsmi dairələri bu gədənin cavabını sadəcə sözlə deyil, nəhayət, raket zərbələri ilə verməlidir. Paşinyan əslində bu fikirləri ilə Azərbaycana meydan oxumuş və bizə ciddi addımlar atmağa imkanlar yaratmışdır. 

Onun çıxışı müharibəyə təhrik etmək deməkdir. Mən rəsmilərimizin bununla bağlı mövqeyini gözləyirəm.

"Artsax Ermənistandır- vəssəlam " deyən bu gədəyə yerini göstərmək lazımdır. İndiyəcən mənim qənaətlərim bir daha təsdiqini tapır. Paşinyan daha şovinist bir adamdır və onun hakimiyyətə gətirilməsi erməni dərin dövlətinin əli ilə edilmişdir və keçən il İrəvanda oyun quruldu və hakimiyyət dəyişikliyi edildi. 

Demokrat donuna bürünmüş bu erməni dığası indi qarşıya qoyulan vəzifələri yerinə yetirməklə məşğul olur. İndi, bu an onun çıxışına qulaq asarkən mən bir Azərbaycan Türkü kimi təhqir olunmuş sayıram. Məgər bu xalq bu qədər acizdir? Dağlıq Qarabağı Ermənistanın bir hissəsi sayan bu gəda ilə hansı danışıqlardan söhbət gedə bilər?”.(moderator)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam