Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Mayk Pompeo Avropaya səfərini yarımçıq qoydu–Şimali Koreya və İranla bağlı müzakirələrə görə

ABŞ dövlət katibi Avropa səfərini yarımçıq qoyaraq, Amerikaya qayıdıb. Mayk Pompeo Vaşinqtonda Şimali Koreya və İranla bağlı müzakirələrdə iştirak etməlidir.

Yenixeber.org: Pompeonun planını dəyişməsinə ilk əvvəl çərşənbə günü prezident Trampın İrana qarşı yeni sanksiyalar tətbiq etməsi olmuşdu.

ABŞ İranın metallurgiyasına sanksiyalar irəli sürüb. İrana qarşı yeni sanksiyalar polad, alüminium, mis və dəmir istehsalına aiddir. Sənəddə həm İranın metal istehsalçılarına, həm də onlarla ticarət edənlərə qarşı məhdudiyyətlər nəzərdə tutulub.

Bundan sonra, cümə axşamı günü Şimali Koreyanın iki raketi sınaqdan keçirdiyini bəyan etməsi səfərin yarımçıq qoyulmasını qətiləşdirmişdi.

ABŞ dövlət katibi Qrenlandiyaya getməkdənsə, Vaşinqtona qayıtmalı olub.

Cənubi Koreyanın birgə qərargahlar rəisinin açıqladığı bəyanatda bildirildiyinə görə, raketlərdən biri 420 kilometr, digəri isə 270 kilometr məsafə qət edib. Bəyanatda həmçinin raketlərin ölkənin şimal-qərbindəki Sino-ri şəhərindən şərq istimaqətinə atıldığı qeyd edilib.(“Amerikanın Səsi”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam