Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Sanksiya qüvvəyə mindi:İranın cavabı sərt olsa... – Şərh

 

ABŞ İranla bağlı vəziyyəti daha da gərginləşdirəcək.

Yenixeber.org: Bunu ABŞ-ın İrana qarşı sanksiyalarının bu gündən tam qüvvəyə minməsinə münasibət bildirən politoloq İlqar Vəlizadə deyib. O bildirib ki, İrana tətbiq edilən sanksiyalar nəticəsində beynəlxalq münasibətlər korlana bilər:

“Əlbəttə, bu, ABŞ-ın digər ölkələrlə də münasibətlərinin gərginləşməsinə gətirib çıxaracaq və neftin qiymətinə təsir edəcək. Çox güman ki, yaxın vaxtlarda neftin qiyməti qalxacaq. Hələlik bu tendensiyanın neft bazarında qalacağını düşünürəm. Bəzi ölkələr artıq məcbur olub digər neft ixrac edən ölkələrlə sıx münasibət quracaq. Nəzərə alaq ki, burada təkcə İrandan söhbət getmir. Çünki ABŞ tərəfindən Venesuelaya da embarqo qoyulub. Bütün bunlar neft bazarında müəyyən restruktizasiyaya gətirib çıxaracaq. İran ABŞ sanksiyaları qarşısında, əlbəttə ki, sakit qalmayacaq. Hazırda İran tərəfindən adekvat addımların atılması gözlənilir. Çox güman ki, bu addımlar hərbi və siyasi müstəvidə atılacaq. İran artıq nüvə sazişindən çıxmaqla və Hörmüz körfəzini bağlamaqla hədələyir. Bu hədələr boş deyil, vəziyyət nəzarətdən çıxa bilər. İranın bu vasitələrə əl atması istisna olunmur. Bu, beynəlxalq münasibətlərin gərginləşməsinə gətirib çıxara bilər”.

Ekspert onu da bildirib ki, İrana tətbiq edilən sanksiyalar ABŞ-Türkiyə münasibətlərinə təsirsiz ötüşməyəcək:

“Türkiyə-ABŞ münasibətləri son olaylar nəticəsində mürəkkəb vəziyyətdədir. Düşünmürəm ki, yaxın vaxtlarda bunu düzəltmək mümkün olacaq. Lakin müəyyən addımları nəzərə almaq lazımdır. Türkiyə rəsmilərinin ABŞ-a səfərini, Trampla Ərdoğanın danışıqlarını və digər məsələləri nəzərə alsaq, demək olmaz ki, Türkiyəylə ABŞ arasında tammiqyaslı böhran yaşana bilər. Hazırda böhranın əlamətləri var və dərinləşə bilər. Lakin hələlik mən bunun baş verməyəcəyinə ümid edirəm. Türkiyə bütün hallarda çalışacaq ki, alternativ vasitələrə əl atsın. Çox güman ki, Rusiyayla münasibətlər daha çox inkişaf edəcək. Bu, Türkiyənin Qafqazda mövqeyinin artmasına da gətirib çıxara bilər”.

Qeyd edək ki, ABŞ-ın İrana qarşı sanksiyaları bu gündən tam qüvvəyə minir.(axar)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam