Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Onlar da terror təşkilatı kimi tanına bilər-Trampa xahiş

 

"İnqilab Keşikçiləri"ndən sonra onlar da terror təşkilatı kimi tanınacaq

ABŞ prezidenti Donald Tramp “Müsəlman qardaşlar”ını terror təşkilatı elan edə bilər.

Yenixeber.org: Bunu Misirdə dövlət çevrilişi ilə hakimiyyətə gələn Əbdülfəttah Sisi Trampdan xahiş edib.

Sisi ABŞ və Avropa İttifaqı ölkələri ilə münasibətlərini inkişaf etdirmək cəhdləri göstərir və bu çərçivədə “Müsəlman qardaşlar”ının terror təşkilatı kimi tanınmasını təmin etmək istəyir. “Nyu-York Tayms”ın xəbərinə görə, Sisi Donald Tramp ilə mətbuata qapalı gerçəkləşdirdiyi görüşdə Trampdan bunu rica edib. ABŞ prezidenti də bu təklifə müsbət cavab verib.

Qeyd edək ki, Əbdülfəttah Sisi 3 iyul 2013-cü ildə Misirdə dövlət çevrilişi edərək hakimiyyətə gəlib. Sisi “Müsəlman Qardaşları”n ı diktaturasına təhdid hesab edir.

Xatırladaq ki, ABŞ son olaraq İran Silahlı Qüvvələrinin İnqilab Keşikçiləri Korpusunu xarici terror təşkilatları siyahısına daxil edib. ABŞ İranı terroru maliyyələşdirməkdə və nüvə proqramını genişləndirməkdə ittiham edərək müxtəlif dövrlərdə ağır sanksiyalara məruz qoyub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam