Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Putinlə görüşə tamamilə hazıram" -Tramp

"Putinlə görüşə tamamilə hazıram" - Tramp
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Rusiya prezidenti Vladimir Putinlə görüşə həyatı boyu hazır olub.
Yenixeber.org: Bu barədə o, Montanadakı mitinqdə çıxışı zamanı bildirib.

“Bilirsinizmi? Putinlə bağlı hər şey qaydasındadır. O yaxşıdır və biz hamımız yaxşıyıq... Mən Putinlə görüşə tamamilə hazıram. Bütün həyatım boyu buna hazır idim.” – deyə Tramp vurğulayıb. Həmçinin bildirib ki, Rusiya və Çinlə, həmçinin başqa dövlətlərlə yola getmək yaxşı şeydir və Putinlə qarşıdakı görüşdə də hər şey yaxşı olacaq.

Xatırladaq ki, Trampla Putinin ilk təkbətək görüşü 16 iyulda Finlandiyanın paytaxtı Helsinkidə baş tutacaq. Danışıqların əsas mövzuları ABŞ-Rusiya münasibətlərinin hazırkı vəziyyəti və gələcək inkişafının perspektivləri, Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi məsələsi, həmçinin beynəlxalq gündəliyin aktual məsələləri – Suriya və Ukraynadakı böhran olacaq. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam