Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Erməni oliqarx Paşinyanı istefaya göndərə bilər

 

Nikol Paşinyanın öz komandasından narazılığı artmağa başlayıb.

Yenixeber.org: Bu məlumatı “İrates” qəzeti yayıb. Məlumata görə, Paşinyanın komandasından narazılıq səbəblərindən biri də parlamentdə Mənim Addımım Bloku üzvləri arasında yaranan gərginlikdir.

“Bəzi dəyərləndirmələrə əsasən, Paşinyan hökuməti təkcə hər gün itirdiyi reytinq, iqtisadiyyatın çökməsi, investisiyaların yoxluğu ucbatından yox, həm də parlament ucbatından zəifləyir. Parlamentdə ciddi iş sayəsində hər dəqiqə yeni çoxluq formalaşdırmaq mümkündür. Bu iddialar son zamanlar Edmon Marukyan və erməni oliqarx Qagik Çarukyanın yaxınlaşması şayiələrindən sonra daha da güclənib”, - məqalədə bildirilib.

Qeyd edək ki, bundan öncə Ermənistan mətbuatı Mənim Addımım Blokunun deputatları arasında fikir ayrılığının güclənməsi barədə məlumat yayıb. Mətbuat fikir ayrılığının xüsusilə Mülki Müqavilə Partiyasına üzv deputatlarla partiyaya üzv olmayan deputatlar arasında olduğunu bildirib. Narazılığa əsas səbəb partiya üzvü olmayan deputatların blok rəhbərliyi ilə hesablaşmaq istəməməsidir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam