UKRAYNADA ŞOU-BİZNES CİDDİ SİAYSƏTİ ƏLƏ SALDI:əla hava və seçicilərin siyasətdən bezməsi şoumen Zelenskiyə “işlədi” – Təhlil
Mixail Petrovski
Rosbalt, 31.03.2019
Şoumen fəaliyyətdə olan prezident Pyotr Poroşenkonu 10%-dən çox udub. Amma Ukrayna kampaniyasının ikinci turunda hələ heç nə aydın deyil.
Yenixeber.org: Ukraynada Zelensdi və Poroşenko prezident seçkilərinin ikinci turuna keçiblər – həm də birinci ikincidən böyük fərqlə. Yaxşı hava “həlledici” rol oynayıb: səhərdən yağış yağsaydı, Poroşenko və Timoşenko tam ikinci tura keçə bilərdilər.
Kiyevdə hava lap səhərdən günəşli və isti idi, istilik gündüz lap yay istiliyinə qalxmışıdı – +19. Və heç əsla seçkilərə işarə etmirdi – şənbə, yəni “sükut günün”ə doğru küçələrdən bütün reklamlar yox olmuşdu. Elə bir təəssürat vardı ki, sanki seçki kampaniyasını “kəsmişdilər”: televizora baxmasaydın, hətta unutmaq olardı ki, bazar günüdür, seçkilərdir.
İsti hava üçün darıxmış kiyevlilər, sadəcə, gəzməyə çıxmışdılar. Kreşatik küçəsini (Kiyevin baş küçəsi-red.) bağlayaraq piyadalar üçün keçidə çevirmişdilər və Kiyevin mərkəzi adamla doluydu. Amma, bax, səsvermədə fanatizm yox idi – saat 15.00-a yaxın məntəqələrə Ukrayna seçicilərinin yalnız 45%-i gəlmişdi. Buna baxmayaraq, seçkiləri müşahidə edənlərin hamısının hesab etdiyi kimi, əla hava indi seçkilərin favoritinə – aktyor və şou-biznesmen Vladimir Zelenskiyə xeyir gətirdi. Səbəb budur ki, onun seçiciləri, adətən, seçkilərə gəlməyən adamlardır, ya da “hamının əleyhinə” səs verirlər.
Əksinə, ən intizamlı seçicilər Yuliya Tinmoşenkonunkulardır. Onlar istənilən havada seçki məntəqələrinə gələrdilər. Kiyevin mərkəzində seçki komissiyasının üzvlərindən biri “Rosbalt”ın müxbirinə belə də deyib: “Lap səhərdən soyuq olsaydı və yağış yağsaydı, onda Poroşenko və Timoşenkonu ikinci turda görə bilərdik”.
“Zelenskinin seçiciləri əksərən ümumən səsvermədə məna görməyən gənclərdir. Amma əlbəttə, bunlar həm də Ukraynanın cənubu və şərqinin son beş ildə özlərini siyasətdən uzaqlaşdırılmış sayan sakinləridir, axı Kiyevdə hakimiyyət sükanının başında ifadə edilmiş “qərbçilər” durub, – Ukrayna politoloqu Pavlo Matsko “Rosbalt” üçün şərhdə deyib. – O biri yandan, martın 31-də Zelenskiyə səs verənlər “rus dünyası”na qayıtmaq istəməyən adamlardır. Onlar rusdilli olsalar da, özlərini ukraynalı və müstəqil ölkənin sakini sayırlar. Hətta onlar Rusiya ilə ittifaqa qarşıdırlar – ittifaq uğrunda olanlar Yuri Boykoya səs veriblər. Amma Zelenskinin seçiciləri ölkənin şərqindəki müharibəyə də qarşıdırlar, daha çox Krım və LXR/DXR-i itirməyi etiraf etməyə və belə davam etməyə meyllidirlər”.
Qabaqkı günlərin hamısında Vladimir Zelenskinin liderliyi göz qabağında idi, amma onun seçicilərin səsinin üçdə birini əldə etməyi hamı üçün gözlənilməz olub. Ekzit-polların nəticələri belədir: Ukraynda prezident seçkilərinin birinci turunda qələbəni Zelenski qazanıb. Pyotr Poroşenko ikinci, Yuliya Timoşenko üçüncü yerə çıxıb. Əsas sorğuların məlumatları yalnız detallarda fərqlənir.
Müstəqil Milli Ekzitpolun məlumatına əsasən:
Vladimir Zelenski – 30,4%
Pyotr Poroşenko – 17,8%
Yuliya Timoşenko – 14,2%
Yuri Boyko – 9,8%
Anatoli Qritsenko – 7,1%
İqor Smeşko – 6,4%
Oleq Lyaşko – 4,8%
TXX-nin sifarişilə keçirilən ekzitpolun məlumatına görə, ümumiyyətlə, durum eynidir. Qalanları – liderlər ikiliyi də eynidir.
Ukraynada ikinci tur üç həftə sonra keçiriləcək. Çox sayda səs toplayan namizəd qalib gələcək.Tərcümə: Strateq.az