Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ABŞ KƏŞFİYYATI PUTİNİN GƏLİRLƏRİNİ ARAŞDIRACAQ! –Nümayəndər palatası tapşırıq verdi

 

Xarici KİV-lərin verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) Nümayəndələr Palatası Rusiya Federasiyasının (RF) prezidenti Vladimir Putinə və Rusiya hakimiyyətinə qarşı istiqamətli üç qanun layihəsini bəyənib («AP»).

Yenixeber.org: Bütün sənədlər Respublikaçılar partiyasının nümayəndələri tərəfindən praktiki olaraq, yekdilliklə dəstəklənib.
Onların içərisində biri xüsusilə diqqəti çəkir – Prezident Putinin gəlirlərinin açıqlanmasını Milli Kəşfiyyata tapşırır. Vladimir Putinin şəxsi kapitalı və aktivləri barədə açıq hesabat sənədin qəbulundan sonra 180 gün ərzində hazırlanmalıdır.

Araşdırmalar zamanı əsas aksent guya prezidentin hər-hansı informasiyanı gizlətdiyi «yalançı» və ya vasitəçi strukturların axtarılmasına yönəldilməlidir.

Bundan başqa, bəyənilmiş qanunverici təşəbbüslər Rusiyanın Krım üzərində suverenliyinin tanınmasına qadağa qoyulmasını və «Rusiyanın təbliğat kampaniyaları»na qarşı durmağı nəzərdə tutur.

Bundan başqa, palata nümayəndələri Rusiyanın müxalifət lideri Boris Nemtsovunöldürülməsində (27 fevral 2015) günahkar şəxslərin məsuliyyətə cəlb olunması tələbi ilə çıxış ediblər. Uyğun qətnamə «Qlobal Maqnitski qanunu» çərçivəsində ABŞ-ın maliyyə nazirinin və dövlət katibinin üzərinə öhdəlik qoyur ki, qətllə əlaqəli sayılan şəxslərə yönəlik sanksiyalar tətbiq etsinlər. Günahkar şəxslərin məsuliyyətə cəlb olunması məsələsi Rusiya hökumətinin üzvləri ilə «bütün təmaslar zamanı» qaldırılmalıdır.

Yaxın zamanlarda sənədlər baxılmaq üçün Respublikaçılar partiyasının nəzarətində olan Senata göndəriləcək.(azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam