Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

RUSİYA ƏLEYHİNƏ YENİ SANKSİYALAR PAKETİ:"Gizli dostu" Putinə qarşı bu həmləyə Tramp necə təpki verəcək?

Anders Aslund

“Project Syndicate”, 19.02.2019

 

Fevralın 13-də respublikaçı Lindsi Qraham və demokrat Robert Menendesin rəhbərlik etdiyi ikipartiyalı senatorlar qrupu Rusiyanı davranışına görə məsuliyyətə cəlb edən qanun layihəsi iəli sürüb. ABŞ-ın Kremlin Təcavüzkarlığından Müdafiəsi Aktı və ya DASKAA əvvəlki, iki senatorun 2018-ci ilin avqust ayında təqdim etdiyi və Konqresdə qəbul olunmayan anoloji qanun layihəsinin təftiş edilmiş versiyasıdır.

Yenixeber.org: ABŞ prezidenti və rusiyalı vəzifədaşı Vladimir Putinin keçən ilin iyul ayında Helsinkidə keçirilən görüşündə Donald Tramp Kremlin 2016-cı ilin prezident seçkisinə müdaxiləsi ilə bağlı Amerika kəşfiyyat xidmətlərinin ziddinə, Putinə güclü dəstək verib. DASKAA ilə bağlı ilk cəhd bundan sonra edilib.

Konqres hazırda sanksiyaların tətbiqi barədə müzakirəni yenidən gündəmə gətirir.

DASKAA-2 bir neçə son inkişafın nəticəsidir. Rusiya alüminium şirkəti “Rusal” bu yaxınlarda ABŞ-ın sanksiyalarından azad edilib və bu xəbər Moskva fond bazarında şövqlə qarşılanıb.

Keçmiş rus casusu və qızı Salsböridə zəhərləndikdən sonra, yaxud Kerç boğazında Ukrayna gəmilərinə qarşı Rusiyanın təcavüzünə cavab olaraq ABŞ yeni sanksiya tətbiq etməmişdi. Ümumi planda Tramp administrasiyası ABŞ prezidentinin 2017-ci ilin avqustunda imzaladığı Sanksiyalar Aktının (CAATSA) bir çox müddəasını görməməzliyə vurub.

DASKAA-2 əvvəlki, Rusiyanı hədəf alan, tələsik şəkildə hazırlanan Konqres layihələri ilə müqayisədə, daha ciddi və nüanssızdır. Layihədə kimyəvi silahların yayılması, beynəlxalq kibercinayətkarlığın qarşısının alınması və seçki müdaxiləsinə qarşı mübarizə aparmaq da daxil olmaqla, bir sıra mühüm məsələlərə toxunulur; sanksiyaların çeşidi əvvəlkilərdən daha geniş və daha potensialdır. Xüsusilə beş sahə fərqlənir: Kerç boğazındakı hadisə, Rusiyanın borcu, neft və qaz, Putinin və çevrəsinin sərvəti və təhlükəsizlik məsələləri.

Keçən ilin noyabr ayında Qara dənizi Azov dənizinə birləşdirən Kerç boğazı yaxınlığında, beynəlxalq sularda 24 dənizçi ilə birlikdə üç kiçik Ukrayna gəmisinin Rusiyanın sahil mühafizəsi tərəfindən qanunsuz olaraq həbs edilməsi ABŞ-da ciddi müzakirələrə yol açıb. Gəmilər Ukraynanın bir limanından digərinə səfər edirdi və 24 dənizçi bir vaxtlar KQB-yə məxsus Moskvadakı Lefortovo həbsxanasında saxanılır.

ABŞ-ın bir təklifi Rusiyanın Qara dəniz limanlarını bloklamaq idi. Lakin Novorossiysk limanı bütün Qazaxıstan neftini ixrac edir və məqsəd bu ölkəni cəzalandırmaq deyildi.

Rusiya gəmilərinə qadağa qoymaq fikiri vardı, lakin onlar digər bayraqlar altında üzür.

Üçüncü təklif sanksiyalrın sığortalanması idi, lakin sığorta fərdi gəmilər və ya limanları müəyyən etməni çətinləşdirir.

DSCKAA-2 Kerç hücumunda iştirak edən Rusiya Federal Təhlükəsizliyi Xidmətinin (FSB) 24 casusuna və bu sularda naviqasiya azadlığını pozmaqda davam edərsə, Rusiyanın gəmiqayırma sənayesinə qarşı sanksiyalar təklif edir.

DASKAA-2 sələfinin Rusiyanın yeni borcuna sanksiya tətbiq etmək cəhdini genişləndirir. Rusiyanın dövlət borcu hazırda ÜDM-in yalnız 15%-ə bərabər olsa da, qlobal bazarlarda borc alma imkanlarını məhdudlaşdırır, çünki bu, Rusiyanı kəmərləri sıxmağa və daha az sərmayə qoymağa məcbur edəcək, bir sözlə, iqtisadi artımı azaldacaq.

Yeni dövlət borcu ilə başlayan ABŞ sanksiyaları dövlət borclarını və dövlət şirkətlərinin borclanmasını əhatə etmək üçün genişləndirilə bilər. Bu, həmçinin Qərb üçün heç bir risk və ya xərc tələb etməyən ciddi və əlverişli bir tədbirdir. DASKAA-2 Rusiyanın maliyyə qurumlarını da sanksiyalarla təhdid edir.

Rusiyanın hərbi təcavüzünə mane olmaq üçün, 2011-2013-cü illərdə dünya qiymətləri zirvədə olarkən, ixracatın üçdə ikisini əhatə edən Rusiya neft və qazına sanksya tətbiqi indi yalnız Kremlin faydasına olardı. Həqiqətən, ABŞ və Avropa Birliyi bu günə qədər bəzi neft texnologiyalarına sanksiyaları məhdudlaşdırırlar.

Əvvəllər Rusiya-ABŞ birgə neft və qaz şirkətlərinə qarşı təklif edilən sanksiyalar Amerika şirkətlərinə zərər verərdi və DASKAA-2 ilə onlar kənara qoyulurlar; bu, Rusiyadan xaricdə yalnız yeni böyük investisiyalara təsir edəcək.

ABŞ-ın daha güclü ideyası “Nord Stream 2”-yə, Rusiyanın Sankt-Peterburq şəhərindən Almaniyaya uzanan kəmərə sanksiya tətbiqi idi. Lakin bu, texniki cəhətdən çətindir və avropalılar Rusiya qazına qadağaya qətiyyətlə qarşı çıxıblar.

Bunun əvəzinə, DASKAA-2 Rusiyanın sıxılmış təbii qazına qarşı sanksiyalar təklif edir ki, bu da Qərb müttəfiqlərində daha az etirazlar yaradır.

2017-ci ilin CAATSA qanunu Putinin çevrəsindəki rus oliqarxları və Putinin şəxsi varidatını təqib edir. DASKAA-2 bu mövzuda daha da irəliləyir. ABŞ-ın bütün aktivlərə tam şəffaflıq tələbi Putinin kleptokratiyasına qarşı ən ağır zərbə olacaq.

Lakin DASKAA 2-nın ən çətin müddəaları Rusiyanın Federasiyasının terrorçuluğu dəstəkləyən sponsor dövlət kimi təyin edilməsidir və bu, çox ciddi bir təklifdir.

Layihə, həmçinin xarici ölkələrdə siyasi düşmənlərini təqib etmək üçün İnterpolun Qırmızı Bildirişlərindən Rusiyanın sui-istifadəsinə qadağanı təklif edir.

Bəlkə də ən böyük yenilik rus müxalifət lideri Boris Nemtsovun 2015-ci ildə qətli ilə bağlıdır. Bu çox maraqlı olacaq, xüsusən Huver İnstitutu tanınmış tarixçisi Con Danlopun yeni nəşr olunmuş kitabında Putinin həmin qəsdin sifarişçisi olmaqda günahlandırılması nəzər alınmaqla.

Yeni Konqres layihəsi xəbərinə cavab olaraq Rusiya fond bazarı əvvəlcə 3% azalıb. Aydındır ki, DASKAA-2 Moskvadakı zehinlərin diqqətini çəkib.

Əsas məsələ, ən əhəmiyyətli xarici tərəfdaşına bu hücuma Trampın necə təpki verəcəyidir.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam