Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Tehran, Ankara və Moskva Suriyanı “bölüşdürür” –Şərh

 

 

 

Suriyada hər kəsin öz marağı var. Bu maraqlara ərazi maraqları da daxildir. Onlar Suriyadakı hərbi vəziyyətə birlikdə nəzarət edəcəklər.

Yenixeber.org: Bu sözləri Suriya ilə bağlı fevralın 14-də Soçi şəhərində keçiriləcək Türkiyə-İran-Rusiya üçtərəfli sammiti barədə danışarkən Xəzər-Avrasiya Mərkəzinin rəhbəri, rusiyalı politoloq Andrey Sızranov deyib. Onun sözlərinə görə, tərəflər artıq çoxdandır Suriyanın təsir dairələrinə bölünməsi ilə bağlı danışıqlar aparır.

“Hərçənd, amerikalıların çıxması prosesi hələ uzun müddət gedəcək və onlar mütləq İraqda qalacaqlar. Oradan isə Suriyaya müdaxilə edəcəklər”, - ekspert bildirib.

Ekspertin fikrincə, İran müharibədən sonrakı Suriyada təsirinə görə lider olmağa ümid edir, Türkiyə şimal ərazilərinə, Rusiya isə Aralıq dənizi sahillərinə nəzarət etmək niyyətindədir.

Politoloqun sözlərinə görə, Soçi sammiti çərçivəsində liderlərin ikitərəfli görüşlər keçirməsi ehtimalı yüksəkdir:

“Rusiya və Türkiyə rəhbərləri ikitərəfli görüşəcəklər. Birgə iqtisadi layihələrin müzakirəsi mümkündür. Putin və Ərdoğan Suriya iqtisadiyyatının bərpası üçün yardım və hər bir ölkənin bu mövzuda iştirak dərəcəsini müzakirə edəcəklər”.(axar.az)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam