Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Sarkisyanın partiyası Paşinyanı “hoqqabaz” adlandırdı

 

Ermənistanın Respublika Partiyası (ERP) baş nazir Nikol Paşinyanı "hoqqabaz" adlandırıb.

Yenixeber.org: Bu barədə ERP-nin mətbuat katibi Eduard Şarmazanov "Facebook" səhifəsində yazıb.

“Ötən gün Nikol Paşinyan tələsərək "xəbər" verdi ki, 2018-ci ilin üçüncü rübündə ölkəyə investisiyalar 2017-ci ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 50 faiz artıb. O dedi ki, biz müxalifətçilər investisiyaların azalmasından danışaraq onu tənqid etmişik. İndi birbaşa zərbə ilə topu Paşinyana və hakimiyyətinə ötürürəm. Nə vaxta qədər hoqqabazlıqla, kələklə məşğul olacaqsınız? Bəli, sizin hakimiyyətiniz vaxtı sərmayələr azalıb. Sizə də təqdim olunan məlumata əsasən, 2018-ci ilin ilk rübündə investisiyalar 94,2 milyon dollar, üçüncü rübdə isə cəmi 75,5 milyon dollar təşkil edib. Yəni 20 milyon dollar azalıb", -deyə E.Şarmazanov vurğulayıb.

Keçmiş hakim pariyanın funksioneri qeyd edib ki, Paşinyan hakimiyyəti sağa-sola optimallaşdırmanı, çox sayda vətəndaşın işdən azad edilməsini xərclərin səmərəliləşdirilməsi ilə izah edir: “Xərclərin azaldılması vətəndaşlara aiddir, hakimiyyət nümayəndələrinə yox".(trend)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam