Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

ABŞ-dan kritik Qarabağ xəbərdarlığı, Moskvanın 2019 planı...

 

Bakı həm şimaldan, həm də okeanın o tayından gələn ismarışları səf-nəzər etmək zorundadır; Paşinyanı “bazar adamı” adlandıran “Kommersant”: “Bu il İrəvan-Moskva münasibətlərində qalmaqallarla zəngin olacaq...”

Yenixeber.org: Ermənistandakı “məxməri inqilab”dan 8 ay ötsə də, baş nazir əvəzi Nikol Paşinyan hələ də özünü Moskvaya, şəxsən Vladimir Putinə sevdirə, onun etimadını qazana bilməyib. Paşinyan eyni zamanda Kreml üçün “bağlı boğça” olaraq qalır. Hərçənd Putin ötən müddətdə onu bir neçə dəfə “dişə vurmağa” macal tapıb.

Lakin ötən ilin sonunda Moskvada baş tutan görüşdən sonra Rusiyanın Ermənistana satdığı qazı az da olsa bahalaşdırması göstərdi ki, Kreml rəhbərinin Nikola etimadı, hüsn-rəğbəti yoxdur, Moskva, sadəcə, erməni rəhbərini yüyəndə saxlamağa çalışır. Buna nə dərəcədə nail olacağı isə təzəcə daxil olduğumuz 2019-cu ildə, lap dəqiqi, birinci 6 ayda məlum olacaq. Bir şey aydındır ki, təzə ildə Ermənistan və onun rəhbərliyi Rusiya xarici siyasətinin və məxfi xidmətinin məxsusi diqqətində olacaq.

*****

Təbii ki, Moskva-İrəvan münasibətlərinin, daha doğrusu, Putin-Paşinyan münasibətlərinin xarakteri Azərbaycan, Bakı-Moskva əlaqələri üçün xüsusi əhəmiyyətdədir. Ən azı ona görə ki, üç ölkəni bir-birinə güclü şəkildə bağlayan “ortaq problem” - Dağlıq Qarabağ məsələsi var.

usa white house ile ilgili görsel sonucu

“Nikol Paşinyanın Moskvaya son səfərindən sonra Kremldə onun haqqında qəti olaraq, ”qeyri-məqbul, çətin tərəfdaş" obrazı yaranıb". “Yeni Müsavat”ın məlumatına görə, bu barədə Rusiyanın “Komemrsant” nəşrində dərc olunmuş dünənki məqalədə deyilir. Nüfuzlu nəşr daxil olduğumuz ildə Rusiyanın Ermənistanla bağlı konkret hansı siyasəti aparacağını təhlil etməyə çalışıb.

Məqalə müəllifi, tanınmış ekspert Vladimir Solovyev hesab edir ki, 2019-cu ildə Moskvanın İrəvanla münasibətləri zəmanətli şəkildə yeni qalmaqallar doğuracaq və bu il qalmaqallarla zəngin olacaq. Müəllif bunun üçün artıq kifayət qədər əsas və arqumentin olduğunu bildirir. O sırada o, Paşinyanın öz komandasını bütünlüklə qərbyönlü kadrlardan təşkil etməsinə, KTMT baş katibi, Rusiyanın adamı olan general Yuri Xaçaturova qarşı Moskvadan iznsiz cinayət işi açaraq onu geri çağırması və bununla da qurumun imicinə ciddi zərbə vurmasına, Putinin şəxsi dostu, eks-prezident Robert Köçəryanı həbsə atmasına diqqət yönəldir.

Rusiyanın xarici siyasətində erməni istiqaməti ilə məşğul olan yüksək çinli məmurlardan biri isə Nikol Paşinyanı “Kommersant”a belə xarakterizə edib: “O, sistem adamı, dövlət xadimi deyil və çoxlu ”odun doğrayıb". Eyni zamanda dövlətlərarası əlaqələrə bazar elementləri gətirmək istəyir. Narahatlıq doğuran həmçinin Ermənistanda Paşinyanın şəxsi hakimiyyətinin formalaşmaqda olmasıdır. Nədən ki, Aleksandr Lukaşenko və ya Nursultan Nazarbayevdən fərqli olaraq, Paşinyan proqnozlaşdırılan adam deyil".

paÅinyan ile ilgili görsel sonucu

Məqalənin sonunda İrəvanla Moskva arasında qəliz münasibətlərin daha bir təzahürü kimi Rusiya prezidenti Putinin Nikol Paşinyanın qatı düşməni Robert Köçəryana şəxsən Yeni il təbriki göndərməsi və ona “cansağlığı, dəyanət və iradə möhkəmliyi” arzulaması qeyd olunur.

*****

Bu təbrikin özü, ardınca isə Ermənistana satılan qazın bahalaşdırılması əslində Paşinyana aydın ismarışdır ki, Putinin ondan “gözü su içmir”. Eyni zamanda bu, Kremin 2019-cu ildə İrəvana istənilən sürprizi etməyə hazır olmasının anonsudur. Söhbət əlbəttə ki, həm də Qarabağ istiqamətində gözləntilərdın gedir.

Yeri gəlmişkən, az öncə tanınmış amerikalı analitik, ABŞ Dövlət Departamentinin keçmiş xüsusi müşaviri, Vaşinqtonda yerləşən Dünya Siyasəti İnstitutunun professoru Pol Qobl Qarabağla bağlı gözləntilərdən danışarkən demişdi ki, Azərbaycan-Ermənistan münaqişəsi üçün 2018-ci il sakit keçsə də, 2019-cu ildə Rusiya bölgədə söz sahibi olduğunu tərəflərə sübut etmək üçün onları yeni toqquşmalara təhrik edə bilər. Qoblun qənaətincə, rəsmi Moskva münaqişənin həllində maraqlı deyil, çünki bu zaman həm Bakı, həm də İrəvana təsir imkanlarını itirə bilər.

karabakh osce ile ilgili görsel sonucu

Belə görünür, Qarabağda hərbi toqquşma Moskvaya ən əvvəl sözə baxmayan, proqnoz edilməyən Nikol Paşinyana öz yerini göstərmək və onun Qərbə sarı boylanmasını əngəlləmək üçün gərək ola bilər. Kremlin maraqları öz yerində, Azərbaycan təbii ki, situasiyadan öz maraqları naminə, ələlxüsus, işğal altındakı ərazilərin daha bir qisminin azad edilməsi üçün fürsət kimi baxacağı şübhə doğurmur.

*****

ABŞ-ın Qarabağda müharibə xəbərdarlığına gəlincə, əlbəttə ki, Vaşinqton Rusiyanın bu yolla münaqişə tərəflərinə təsir imkanlarını saxlamasına qarşıdır. Vaşinqton, ümumiyyətlə, konfliktin həllində ciddi irəliləyiş hesabına Ermənistanla iki mühüm qonşu - Azərbaycan və Türkiyə arasında sərhədlərin, kommunikasiyaların açılmasını istəyir. Çünki o halda Moskvanın münaqişə tərəflərinə təsiri minimuma enəcək, Kreml həll edilməmiş Qarabağ ixtilafı hesabına bölgədə manipulyasiya edib möhkəmlənə bilməyəcək.

Təsadüfi deyil ki, ötən ilin oktyabrında İrəvanda səfərdə olan ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Ermənistanın yeni rəhbərinə açıq mətnlə məsləhət görmüşdü ki, 2019-cu ildə İrəvan Rusiya ilə ənənəvi, tarixi müttəfiqliyə təzədən baxsın və blokada rejimindən qurtulmaq, Türkiyə ilə əlaqələri bərpa eləmək  üçün Qarabağ probleminin həllində irəliləyişə nail olsun.

Əslində bu, ABŞ-ın erməni rəhbərliyinə Moskvanın 2019-la bağlı Qarabağ planını pozmağa, Kremlin əlində alət olmamağa, Bakı və Ankara ilə birbaşa, Moskvasız dialoqa bir çağırış idi. Qalır, onun ciddiyə alınıb-alınmayacağı...(müsavat) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam