Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Ermənistan ordusu BÖYÜK İTKİ VERDİ:İrəvan qorxu içində, Bakı daim...

 

Ermənistan ordusu BÖYÜK İTKİ VERDİ: İrəvan qorxu içində, Bakı daim...

2018-ci ilin 1 yanvar tarixindən 10 noyabr tarixinə qədər Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yerləşdirilmiş erməni hərbi birləşmələri qeyri-döyüş şəraitində böyük itkilər verib.
Yenixeber.org:“tert.am” saytı rəsmi statistikalara əsaslanaraq, itkilərlə bağlı araşdırma aparıb.


Məlumata görə, ötən ilin qeyd olunan dövründə erməni ordusu 39 itki verib. 7 itki rəqibin (Azərbaycan), 32 itki isə müxtəlif səbəblərdən qeydə alınıb.

“32 əsgər müxtəlif texniki si bu statistikanın faciəli olduğunu qeyd edib.

Onun sözlərinə görə, ötən il təmas xəttində atəşkəsə ciddi şəkildə riayət edilirdi, lakin buna baxmayaraq, erməni ordusunda itkilərin sayı kifayət qədərdir: “Bu fakt olduqca həyəcanlıdır, çünki inqilabdan sonra faktiki olaraq orduda keyfiyyət dəyişikliyi olmadı. Hətta Nikol Paşinyan bu mövzuda bir neçə dəfə danışsa da dəyişən heç nə yoxdur. Əlbəttə dünyanın heç bir ordusu fors-major situasiyalardan sığortalanmayıb, hərçənd, müharibə aparan ölkənin ordusunda qeyri-döyüş şəraitində verilən itkilərin sayı döyüş şəraitində verilən itkilərdən 5 dəfə çoxdursa, bu o deməkdir ki, “daxili düşmən” daha sərt və xaindir, nəinki rəqib”.

Erməni şərhçi qeyri-qanuni münasibətlərin, korrupsiyanın və digər neqativ halların “daxili düşmən” olduğunu vurğulayıb.

“Statistika göstərir ki, bizim ordumuzda hətta inqilabdan sonra da problemlər həll edilməyib. Faktiki olaraq, ordu parlamentin və cəmiyyətin nəzarətindən kənarda qalır. Ümumiyyətlə, ordu haqqında danışmaq, ordunu tənqid etmək tabusunu yıxmağın vaxtı çatıb. Əslində bu tabu illər boyunca orduda korrupsiyanın çiçəklənməsi, problemlərin həll edilməməsi üçün yaradılıb”, - deyə Artsruni yazır.

Hüquq müdafiəçisi Janna Aleksanyan bildirib ki, orduda insan hüquqlarının qorunması ilə bağlı xüsusi heç bir dəyişiklik müşahidə olunmur: “Orduda müdafiə naziri David Tonoyandan başqa heç nə dəyişməyib. Ölümlər davam edir, bu hadisələrin araşdırılması olduqca pis aparılır, bir çox hallarda cinayət işi açılmır. Oruda vəziyyət cəzasız qalmağa davam edir”.

S.Artsruni hakimiyyəti 2016-cı il aprel məğlubiyyətindən nəticə çıxarmağa dəvət edib.

“Məhz həmin müharibə illərlə ordumuzun gücü və qüdrəti haqqında yalançı təbliğatı alt-üst etdi. Korrupsiya ilə mübarizə silahlı qüvvələrə keçməlidir. Bu, təkcə qeyri-qanuni münasibətlərin kökünü kəsməyəcək, həm də gənclərin ölümünün qarşısını alacaq. Əks təqdirdə Bakının aşkar gücünü başımızın üzərində daim hiss edəcəyik”, - deyə erməni şərhçi qeyd edir.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam