Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

KONQRES TRAMPIN KÜRƏKƏNİNƏ QARŞI –Şahzadəylə gizli görüşdən sonra baş verənlər şübhələri Kuşnerin üzərinə yönəldib (TƏHLİL)

Sərdar Turqut,

“Habertürk”ün Vaşinqton təmsilçisi, 30 noyabr 2018-ci il

 

Yenixeber.org: “Habertürk”ün xəbər saatında “bir az sonra bu hadisələr olacaq” deyərək, anlatdığım hər şey bir-bir oldu. Sorğuya çəkilmək üçün Senatın Xarici Əlaqələr Komitəsinə çağırılan Xarici işlər naziri Mayk Pompeo, Müdafiə naziri Ceyms Mettis və MKİ direktoru Cina Haspelin oraya gəlməsi gözlənilirdi. Dediyim kimi, Haspel Senata gəlmədi.

Və Vaşinqtonda tam mənası ilə siyasi qiyamət qopdu. Hər iki partiyadan da olan senatorlar nüfuzlarına edilən bu hücumun hesabını soruşacaqlarını söylədilər. Bəzi respublikaçı senatorlar, MKİ direktoru Xaşuqci hadisəsi ilə bağlı açıqlama vermək üçün Senata gəlməzsə, iqtidarın önəm verdiyi heç bir qanun layihəsinin buradan keçməsinə izin verməyəcəklərini açıqladılar.

 

Önəmli addım 

 

Sonra Senatın Baş Assambleyası önəmli bir addım atdı. Senatın Xarici Əlaqələr Komitəsində Səudiyyə Ərəbistanının Yəməndə davam etdirdiyi müharibəyə ABŞ-ın verdiyi dəstəyin kəsilməsini nəzərdə tutan bir qanun layihəsi vardı. Baş Assambleya, hər iki partiyanın da dəstəyilə, bu qanun layihəsini baxılmaq üçün gündəliyə gətirdi. Buradakı qaydalara görə, bir qanun layihəsinin komitədən keçərək, Baş Assambleyaya gəlməsi prosesi bəzən aylarla davam edir. Bu dəfə hər iki partiya da Trampa qəzəbləndiyinə görə, heç gözləmədən qanun layihəsini Baş Assambleyaya gətirərək, səsə qoydular və nəhayət, ABŞ Yəməndə davam etdirilən müharibədə Səudiyyə Ərəbistanına verməkdə olduğu hərbi yardımı kəsdi.

İqtidara qəzəbli olan Konqres, indi də vəliəhd-şahzadə Salmana qarşı bəzi sanksiyalar tətbiq etmək üçün addımlar atmağa hazırlaşır.

Bütün bunlar baş verdiyi müddətdə, Tramp administrasiyası da “Salmanla əlaqələri qoparmadan (Səudiyyə Ərəbistanı ilə -tərc.) münasibətləri necə davam etdirmək olar?” mövzusu üzərində çalışırdı.

 

Görüşəcəkmi?

 

Hazırda Tramp və vəliəhd-şahzadə Salman G-20 görüşü üçün Argentinadadırlar.

Tramp, onsuz da ona qəzəbli olan Senatı daha da qəzəbləndirməmək üçün Argentinaya yola düşməzdən öncə “vəliəhd-şahzadə Salmanla rəsmi görüş olmayacaq” açıqlamasını verdi. Burada həlledici olan “rəsmi görüş”sözü idi.

Həqiqətən, qarşıdakı günlərdə keçiriləcək rəsmi görüşlərin siyahısında vəliəhd-şahzadə Salmanla görüş yer almır, lakin buradakı mənbələr Trampın onunla qeyri-rəsmi, yəni “təsadüfən” görüşəcəyinə qəti şəkildə baxırlar.

 

Həlledici şəxs

 

Bu arada, Vaşinqtonda ortaya çıxan yeni informasiyalar “Xaşuqci işi”ndə əsil araşdırılmalı olan şəxsin Cared Kuşner olduğunu ortaya çıxardığını göstərir.

Prezident Trampın kürəkəni olan Kuşner eyni zamanda administrasiyanın Orta Şərq siyasətinin koordinatorudur. Yəhudi olan Kuşnerin İsraillə də çox yaxın əlaqələri var.

O, eyni zamanda vəliəhd-şahzadə Məhəmməd bin Salmanla hər gün mesajlaşacaq qədər yaxın dostdur.

 

Gizli görüş

 

Kəşfiyyat mənbələri Kuşnerin 2017-ci iln oktyabr ayında vəliəhd-şahzadə Məhəmməd bin Salmanla gizli görüşdüyünü ortaya çıxarıblar. Bu görüşdən bir ay sonra, noyabr ayında Məhəmməd bin Salman Səudiyyə Ərəbistanında şahzadələri həbs etməyə başlayıb. Sonra da səudilərin Xaşuqcinin öldürülməsi kimi qətlləri yerinə yetirəcək “Pələng dəstələri”ni yaratdığı müəyyən olunub.

Xaşuqcinin qətli üçün Türkiyəyə gələnlər də bu “Pələng dəstələri”ndən idilər.

Ayrıca, Xaşuqcinin qətlinin həyata keçirilməsi prosesinin qətl günündən 18 ay öncə başladığı da ortaya çıxarılıb.

Vaşinqtonda vəliəhd-şahzadə Məhəmməd bin Salmanın Camal Xaşuqcinin “Müsəlman qardaşları”na, Qətər və Türkiyəyə yaxın olmasından çox narahat olduğu, təcili olaraq Səudiyyə Ərəbistanına gətirilməsini əmr etdiyi söylənilir.

Bütün bu yeni informasiyalardan sonra ABŞ Konqresinin bu işdən əl çəkməyəcəyi və bəlkə də, Kuşneri sorğuya çəkmək üçün müvafiq komitəyə çağıra biləcəyi də söylənilir.

Tərcümə Strateq.az-ındır


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam