Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Müsavat son şansı da əldən verdi”





“Müsavat partiyasının ümumrespublika müşavirəsini problemin yoluna qoyulması üçün buraxılmış şans kimi dəyərləndirirəm”. 

"Xeberinfo.com": Bunu AzNews.az-a açıqlamasında Müsavat partiyasının üzvü Qubad İbadoğlu deyib. 

Onun fikirincə, narazıların təklif etdiyi barışıq paketinin təqdimatına və bu yönümdə olan çağırışlara, xüsusilə İsa Qəmbər tərəfindən pozitiv yanaşma nümayiş etdirilməyib: “Bu da xeyli müsavatçıların gözləntilərini dogrultmadı, hətta onların bəzilərində xəyal qırıqlığı yaratdı. Müşavirədə bir daha təsdiq olundu ki, İsa Qəmbər artıq tərəfə çevrilib və Müsavat partiyasında onun iradəsindən kənarda heç nə baş vermir. Bütün proseslərin başında o dayanır”.

Qeyd edək ki, noyabrın 23-də Müsavat partiyasının ümumrespublika müşavirəsi keçirilib. Müşavirədə qurultayda olduğu kimi gərgin anlar yaşanıb. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam