Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Müsavat Partiyası heç kimin şəxsi mülkiyyəti deyil”

 

1411999346_isaarif

    “Müsavat Partiyası Nizamnamə və proqram əsasında fəaliyyət göstərir, liderlərin arzu və istəkləri əsasında yox. İsa Qəmbər isə elə əvvəldən Arif Hacılının yanında olub və mən kiminsə yanında olduğuna görə kiməsə irad tuta bilmərəm”.

     "Xeberinfo.com": Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının ümumrespublika müşavirəsində sabiq başqan İsa Qəmbərin bəyanatına münasibət bildirən partiyanın Məclis üzvü Vurğun Əyyub deyib.

    Qeyd edək ki, İ. Qəmbər müşavirədə partiyanın başqanı Arif Hacılının yanında olduğunu söyləyib: “Kim özünə başqa lider axtarırsa, yolu açıqdır”.

    Partiyada bundan sonra qalıb-qalmayacağı, hansı addımlar atacağına gəlincə, V. Əyyub bildirib ki, partiyanın Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərir: “Mən fəaliyyətini ayrı-ayrı adamların dedikləri əsasında qurmuram. Partiya heç kimin şəxsi mülkiyyəti deyil. Müsavat Partiyasında demokratik ənənələr bərpa olunmalı, partiyanın qurumları legitimləşməlidir”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam