Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ABŞ-ın sabiq Müdafiə nazirindən maraqlı etiraf:“Rusiya və İranın əlində bizdən daha çox kart var!”

  

“Suriyalıları, rusları və ya iranlıları hər hansı bir şeylə təhdid etmək tam bir axmaqlıqdır. Onların əlində bizdən çox daha çox kart var".

Yenixeber.org: Bu sözləri ABŞ-ın keçmiş Müdafiə naziri Çak Hagel Donald Tramp hakimiyyətinin Suriya siyasətini şərh edərkən deyib.

Amerikanın “Defenseone” qəzetinə verdiyi açıqlamasında sabiq nazir ölkəsinin Suriyanın yarısına belə nəzarət etmədiyini bildirərək deyib: "Suriyanın Şimal-şərq cəbhəsində 2 min əsgərləriniz var. 2 min Amerikan əsgəri ilə iranlıları Suriyadan çıxara bilməzsiniz ".

 Ağ Evin Milli Təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Boltonun, İranın Suriyadakı hərbi varlığını davam etdirdiyi müddətcə ABŞ-ın regiondan getməyəcəyinə dair ifadələrinə də toxunan Hagel oppenentinə əməlli-başlı coğrafiya dərsi keçib:

“İranlılar orada yaşayır. ABŞ isə Yaxın Şərqdə deyil. Bu geosiyasi həqiqəti yox edəcək bir şey edəcəksinizsə, bol şanslar, Cənab Bolton! Bunun başqa yolu yoxdur. Bu ölkələrin ortaq maraqlarına əsaslanan bir çarə tapacaqsınız".

 ABŞ-ın İran, Rusiya və bölgədəki digər güclü aktyorların iştirakı olmadan Suriyada sabitlik yarada bilməyəcəyini bildirən Hagel fikrini ritorik sualla davam etdirib:

"İrana qarşı çəkinizi necə ortaya qoyacaqsınız? Bəzi ölkələrdən Patriotları çəkərək və bu sahələrə heç diqqət yetirməyib, yalnız “sizə sanksiya tətbiq edəcəyik” şəklində zorakılıq edərəkmı?”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam