Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Kataloniya separatçıları etiraza qalxdılar

    

Kataloniya separatçıları etiraza qalxdılar
Kataloniyanın İspaniyadan ayrılmasının tərəfdarları müstəqillik referendumunun ilk ildönümü münasibətilə bu gün səhər saatlarından etibarən etiraz aksiyası keçirirlər.
 Yenixeber.org: Katalon separatçılarının “Respublikanı müdafiə komitələri” radikal təşkilatı Barselonadakı Jirona vağzalında dəmiryollarını blokladıqlarını və Fransaya gedən sürətli qatarların işini dayandırdıqlarını bəyan edib. Nəticədə, separatçılar Fransa ilə əlaqənin kəsilməsinə səbəb olublar. Müstəqillik tərəfdarları Barselona və Lyeydinin bir çox mərkəzi küçələrini də bloklayıblar. 

Daha sonra “Renfe” dəmiryolu şirkəti etirazçıların blokunun aradan qaldırıldığını və Fiqeras-Jirona-Barselona istiqamətində sürətli qatarlarının işinin bərpa edildiyini bildirib. Hazırda etirazların davam etdiyi ərazilərə polis qüvvələri yeridilib və dəmiryolu vağzalı binasının ətrafında polis kardonu yaradılıb. Separatçı katalonlar aksiyanı Jirona meriyasının binası önündə davam etdirmək qərarına gəliblər. 

Qeyd edək ki, 2017-ci ilin 1 oktyabrında Kataloniyada müstəqillik haqqında qanunsuz referendum keçirilib. 3 milyon katalonun iştirak etdiyi referendumda seçicilərin 90 faizi müstəqilliyin lehinə səs verib. 27 oktyabrda Kataloniya parlamenti müstəqillik haqqında qanun layihəsini rəsmən təsdiqləyib.

Nəticədə İspaniya mərkəzi hökuməti ölkə konstitusiyasının 155-ci maddəsini əsas tutaraq, Kataloniyanın idarəsini birbaşa Madridin nəzarətinə keçirib. Muxtar vilayətin o zamankı rəhbəri karlos Puçdemon isə İspaniyadan qaçaraq əvvəlcə Belçikada, daha sonra isə Almaniyada gizlənib. Hazırda onun ekstradisiyası ilə bağlı Madridlə Berlin arasında danışıqlar gedir. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam