Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

İsrail səsdən sürətli qorxunc raketi Bakıya GƏTİRİR:Ermənistan TƏŞVİŞDƏ - VİDEO

 25-27 sentyabrda Bakı Expo Mərkəzində “ADEX-2018” sərgisi keçiriləcək. Sərgidə dünyanın müxtəlif ölkələrindən 200-ə qədər şirkət, həmçinin, onlarla ölkə öz hərbi məhsullarını nümayiş etdirəcək.

Yenixeber.org: Sərgidə İsrailin səsdən sürətli “Rampage” raketinin nümayişi xüsusi diqqət çəkir.

İsrail səsdən sürətli olan “Rampage” raketini yeni yaradıb. Bu raketlər İsrail ordusunun arsenalına gələn il daxil ediləcək. 150 kilometr məsafədəki hədəfi vura bilən raketin döyüş başlığının çəkisi 150 kiloqramdır.

“ADEX-2018” sərgisi hər bir ölkənin və şirkətin öz məhsullarını təqdim etdiyi platforma olsa da, İsrailin ən mühüm raketini Bakıya gətirməsi təsadüfə bənzəmir.

İsrailin yeni yaratdığı dəhşətli özəlliyi ilə seçilən “Rampage” məhsulunu Bakıdakı sərgidə nümayiş etdirməsi gələcəkdə bu raketi başqa ölkələrə də sata biləcəyi deməkdir.

Ehtimallara görə, Azərbaycan gələcəkdə bu raketləri ordumuzun arsenalına daxil edə bilər. Azərbaycan və İsrail arasındakı hərbi əməkdaşlıq bu raketləri əldə etməyə imkan verir.

Bu məqamı gündəmə gətirən Ermənistan mediası işğalçı ölkənin qorxuya düşdüyünü açıq şəkildə ifadə edib.

“İsrail Azərbaycanın əsas silah təchizatçılarındandır, iki ölkə arasındakı münasibətlər yüksək səviyyədədir və Azərbaycan istədiyi silahı İsraildən ala bilər. “Rampage” raketinin Bakıda nümayiş etdirilməsi də təsadüfi deyil”, - deyə “armenianreport” saytı yazıb.(müxalifət)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam