Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

CAVAD ZƏRİF: “İRAN TERROR AKTINA QƏTİYYƏTLƏ CAVAB VERƏCƏK” –Putun mesajında Tehranla əməkdaşlığa vurğu etdi - VİDEO - YENİLƏNİR

İranın cənub-qərbində, Əhvaz şəhərində hərbi parad zamanı atışma olub.

Yenixeber.org: İran KİV-ləri xəbər verir ki, hərbi geyimli naməlum şəxslər hərbi konvoyu atəşə tutublar.

Xuzestan vilayəti qubernatorunun müavini Əli Hüseyn Hüseynzadənin sözlərinə görə, insident nəticəsində o cümlədən İslam İnqilabı Keşikçiləri Korpusunun əsgərləri də daxil olmaqla, 20 nəfər ölüb, 21 nəfər yaralanıb.

Hüseynzadə hadisə zamanı bir jurnalistin də həlak olduğunu deyib.

“İSNA” agentliyi ümumən 60 nəfərin zərər gördüyünü və ölənlərin sayının 24 nəfərə çatdığını xəbər verib. Həlak olanlardan biri 4 yaşlı uşaqdır.

Terrorçulardan 2-si öldürülüb, digər 2 nəfərin axtarışı üzrə əməliyyat keçirilib. Hüquq-mühafizə orqanları terrorun törədilməsinə görə məsuliyyət daşıyan “Əhvaz Ərəb Azadlığı Hərəkatı” təşkilatının sağ qalan üzvlərini yaxalayıb.

Bu gün “Əhvaz” təşkilatının sözçüsü Danimarkada verdiyi açıqlamada hadisənin cavabdehi olduğunu rəsmən etiraf edib: “Əl-Əhvazın milli müqavimət hərəkatı məsuliyyəti öz öhdəsinə götürür”.

İran mediası terror təşkilatının İraqda, Bəsrə şəhərində iqamət etdiyini vurğulayıb. Buna görə də, İran-İraq sərhədinin qapadıldığı bildirilir.

 

İranın xarici işlər naziri Cavad Zərif “Twitter” səhifəsindəki açıqlamasında terror aktına görə ABŞ-ın məsuliyyət daşıdığını deyib. “Ölənlər arasında uşaqlar və jurnalistlər də var. Regionda terroru dəstəkləyənlər və onların ustadları ABŞ bu cür hücumlara görə məsuliyyət daşıyır. İran hakimiyyəti iranlıların həyatını müfafiə etmək üçün qısa bir zamanda və qəti şəkildə cavab verəcək”.

Rusiya prezidenti Vladimir Putin vəzifədaşı Həsən Ruhaniyə göndərdiyi başsağlığı mesajında rəsmi Moskvanın terrorla mübarizədə İranla əməkdaşlıq etməyə hazır olduğunu bəyan edib.

Xatırladaq ki, sentyabrın 22-də İran-İraq müharibəsi ilə bağlı “Müqəddəs müdafiə” həftəsinin birinci günü başlayıb. Bu münasibətlə İran İnqilab Keşikçiləri Qvardiyası və Ordu Tehran da daxil olmaqla İranın bütün şəhərlərində hərbi parad keçirilir. Paytaxtda keçirilən bu tədbirdə İslam Respublikasının prezidenti Həsən Ruhani və parlamentin sədri Əli Laricani iştirak edib.

Paraddakı çıxışında Həsən Ruhani ABŞ-ı sərt tənqud edərək, “Donald Trampı da Səddam Hüseynin aqibəti gözləyir”, – deyib.(strateq)

Video Oynadıcı

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam