Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Z.Oruc :"Müəllimlər mənzillə təmin olunsunlar"

 

“Azərbaycanda müəllimlərin bilik səviyyəsinin qiymətləndirilməsi üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına əlavə səlahiyyətlər verilməlidir”. APA-nın məlumatına görə, bu təkliflə Milli Məclisdə Azərbaycanın 2015-ci il üçün büdcə zərfinin plenar müzakirəsi zamanı millət vəkili Zahid Oruc çıxış edib.


"Xeberinfo.com": Z. Oruc bildirib ki, müəllimlərin bilik səviyyəsinin qiymətləndirilməsi könüllülük prinsipi əsasında olmalıdır: “Təklif edirəm ki, qiymətləndirmə zamanı yüksək nəticə göstərən müəllimə 2-3 dəfə artıq maaş verilsin. Kim məvacibinin yüksək olmasını istəyirsə, bu qiymətləndirmədə iştirak etməlidir”.

Bundan başqa, Z. Oruc 20 il qüsursuz fəaliyyət göstərən müəllimlərin mənzillə təmin olunmasını da təklif edib: “Hərbi qulluqçular, jurnalistlər kimi, müəllimlərə də ev verilə bilər və ya onların ipotekadan yararlanmasına şərait yaradıla bilər”.

Azərbaycanda 500 min kvadratmetr mənzil fondunun olduğunu və adambaşına 18 kvadratmetr yaşayış sahəsinin düşdüyünü xatırladan Z. Oruc bunun yetərli olmadığını söyləyib: “Hər il 120-130 min nəfər orta məktəbi bitirir. Bu isə bir neçə ildən sonra mənzilə ehtiyacı olan daha 60 min insan deməkdir. Bundan başqa, rayonlardan əhalinin böyük hissəsi işləmək üçün Bakıya gəlir. Hesab edirəm ki, iş yerləri, mənzil fondu da rayonlara yönəldilməlidir”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam