Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Erməni jurnalist Paşinyanın yalanlarını üzə çıxardı -Fakt

 

Ermənistanın Baş naziri Nikol Paşinyan yeni hökumətin xarici investisiyaların cəlb edilməsi qabiliyyətinə malik olması ilə bağlı lovğalıq edirdi. Amma son məlumatlar bu iddianın yanlış olduğunu göstərir.

Yenixeber.org: Bu sözləri erməni jurnalist Ani Mejlumyan “Avrasiyanet” (“Eurasienet.org”) saytında yayımlanmış məqaləsində yazıb. O, Paşinyanın ictimaiyyəti aldatması faktlarını üzə çıxarıb:

“Ermənistan Milli Statistika Xidmətinin nəşr etdiyi son məlumatlara görə, 2018-ci ilin ikinci rübündə, Paşinyanın vəzifə müddətinin ilk aylarından xarici investisiyalar əvvəlki ilin eyni dövründəkindən təxminən 43,5% azalıb.

Hökumət səlahiyyətliləri yeni məlumatları birbaşa şərh etməmiş olsa da, Paşinyan dolayı sübutlar əsasında xarici investisiyaların yüksəlməsini iddia edib: “Son üç ay ərzində Ermənistan ötən ilin eyni dövründəkindən 34 min daha çox əcnəbi qarşılayıb. Bu, əslində, investisiya və turizm maraqlarının artımı deməkdir”.

Lakin əldə olunan məlumatlar Paşinyanın bu sözlərinin yalan olduğunu göstərir.

“Ətraf mühitə təsirləri üzündən etirazlara görə mədən ocağında işlər dayandırılıb. Azalmanın qalan hissəsi, ehtimal ki, Ermənistanda qeyri-sabitliyi görən digər xarici firmalarla bağlıdır”, - Paşinyanın iqtisadi müşaviri Artak Manukyan bildirib.

“Bu hökumət müvəqqətidir və hər kəs bunu anlayır. İqtisadi standartlara görə, buraya investisiya yatırmaq risklidir”, - Manukyan “Avrasiyanet”ə bildirib.

Yeni hökuməti narahat edən bir məsələ də odur ki, “Amulsar”la bağlı problemlər Ermənistanı investisiya üçün təhlükəli bir ölkə kimi tanıda bilər.

“Biznes mühiti, investisiya mühiti davamsız ola bilər”, - bunu ABŞ Konqresinin Ermənistandakı səfiri Riçard Mills sentyabrın 5-də keçirilən konfransda deyib:

“Bir dövlət səhvi və ya bir qanun, ya da bir qərar investorları qorxuda bilər. Ona görə də ümid edirəm ki, hökumət buradakı biznes və investisiyalar üçün yaradılmış mühitə diqqət yetirməyə davam edəcək”.

Ancaq Manukyan bunun yalnız qısa müddətli narahatlıq olduğunu söyləyib:

“Qanuna uyğun hərəkət etdiyimiz təqdirdə hər hansı zərərlə qarşılaşacağımızı düşünmürəm. Uzun illər ərzində ətraf mühit məsələlərinə məhəl qoymamışıq. Nəhayət, uzunmüddətli mənfəətləri qısa müddətli xeyirlərdən üstün tuturuq”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam