Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Ermənistan Azərbaycan və Türkiyə ilə təkbətək qala bilər” – şimaldan hədə

 

Rusiyadan yeni erməni hökumətinə qarşı təhdidlər artır; ABŞ-ın ardınca İrana səfərə gedəcək Nikol Paşinyanın “iki stul”da oturmaq siyasəti iflasa doğru gedir...

Yenixeber.org: Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətdə 100-cü gününü də yola saldı. Əksər siyasi təhlilçilərə görə, onun üçün daha ağır dönəm əslində hələ bundan sonra başlayır. Xüsusən işğalçı ölkənin xarici siyasətlə bağlı oriyentasiyası daha qeyri-müəyyən qala bilməz və onu dəqiqləşdirməyin zamanı çatıb. Ermənistanın qərbyönlü baş naziri Paşinyan isə belə görünür ki, hələ bir müddət də “iki stul”da oturmaq siyasətini davam etdirmək istəyir.

Lakin bu siyasət İrəvana yaxşı heç nə vəd eləmir. Ən azı ona görə ki, nə Rusiya, nə də Qərb (ABŞ və Avropa Birliyi) belə durumda ona ciddi maliyyə-siyasi, hətta təhlükəsizlik dəstəyi verməyə can atmayacaq. Necə ki, atmır. Demək, seçim anı yaxınlaşır. Bu anı hamıdan çox isə Rusiya gözləyir. Bəlli səbəblərdən.

*****

“Hazırda Ermənistan-Rusiya əlaqələri, yumşaq desək, ən qeyri-sabit dövrünü yaşayır. KTMT baş katibi ilə bağlı əhvalat bu əlaqələr üçün özünəməxsus lakmus kağız rolunu oynadı. Nədən ki, həmin hadisə Yuri Xaçaturovdan (KTMT baş katibi - red.) daha çox, təşkilatı gözdən saldı. Bu isə artıq qəsdən törədilmiş təxribat qoxusu verir”.

“Yeni Müsavat”ın məlumatına görə, bu barədə Rusiya portalı rosbalt.ru-da dünən getmiş məqalədə deyilir. Məqalədə Ermənistanın indiki rəhbərliyinin ünvanına kifayət qədər sərt tənqidlər, hətta hədələr yer alıb.

paÅinyan putin ile ilgili görsel sonucu

“Aydındır ki, Ermənistan hökumətinin hansısa cinayətdə ittiham olunan adama qarşı istintaq aparmağa hüququ var. Ancaq onlar bunu daha ”səliqəli" şəkildə də edə bilərdilər. Yəni öncə baş katibi geri çağırar, ardınca isə onunla bağlı məhkəmə araşdırmasına başlaya bilərdilər. Ancaq Paşinyan qalmaqallı yol seçdi: baş katibi İrəvana çağırdı və dəmir qəfəslik arxasına göndərdi, ardınca onu Moskvaya buraxdı - ancaq artıq “alçaldılmış və təhqir olunmuş” baş katibi. Bütün bunlar isə KTMT-nin imicinə yaxşı planlaşdırılmış zərbəyə oxşayır" - məqalədə qeyd olunur.

Nəşrin əminliyinə görə, erməni baş nazir öz hərəkəti ilə təşkilatı son dərəcə biabırçı və ikibaşlı vəziyyətə qoyub: “Eyni zamanda bununla o, Ermənistana zərər yetirib. Çünki Rusiya və KTMT öz geosiyasi qeyri-dostlarının paxıllığına birtəhər dözərsə, Ermənistan hərbi cəhətdən dörd bir tərəfdən müdafiəsiz duruma düşə bilər - ən əsası da Azərbaycan və Türkiyə sarıdan”.

Ä°lgili resim

Analitik yazıda ardınca növbəti  xatırlatma-xəbərdarlıq edir: “Bunu da qeyd edək ki, KTMT ölkələri onsuz da İrəvanın Bakı ilə münasibətləri və Qarabağ məsələsində  Ermənistana təəssübkeşlik eləmir. Onların hamısı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. İki düşmən dövlət arasındakı qovğaya baş qoşmaq istəmir. Əlbəttə ki, KTMT, əsasən də Rusiya vəziyyətin geniş miqyaslı hərbi toqquşmaya çatmaması üçün zəruri tədbirlər görməli olacaq. Ancaq onlar öz silahlı qüvvələri ilə erməniləri xilas etməyə heç kim getməyəcək... Əgər Ermənistan özünə ”bəraət qazandırmağı" bacarmasa, öz “səhvini” düzəltməyə çalışmasa, əgər KTMT-nin konstruksiyasını xarici sifariş əsasında altdan-altdan oymağı dayandırmasa, təşkilat Ermənistanın öz fiziki varlığını saxlaması üçün heç barmağını da tərpətməyəcək. Rusiya isə yeni erməni rəhbərliyinin “loyallığı” olmadan da öz cənub sərhədlərini qorumağın üsulunu tapacaq. Bu, əlbəttə ki, çətin olacaq. Ancaq qeyri-mümkün deyil".

*****

Rusiya nəşrindəki bu məqalədən də aydın görünür ki, Moskvada Paşinyan hökumətinə qarşı qəzəb ciddidir - rəsmi səviyyədə açıq büruzə verilməsə də. Şübhə yox ki, Ermənistan hökuməti də artıq vəziyyətin fərqindədir və əndişəlidir. Baş nazir Nikol Pşainaynın hakimiyyətinin 100 günlüyü ərəfəsində prezident Vladimir Putinə telefon açması bu əndişənin əlaməti sayıla bilər. Doğrudur, telefon danışığı haqda müfəssəl bilgi verilmir. Ancaq təşəbbüsün İrəvan tərəfindən göstərilməsi özlüyündə az şey demir. İstisna deyil ki, Putin son danışıq zamanı bir daha Putini “dişinə” vurub.

KTMT ile ilgili görsel sonucu

Gələn ay isə Nikol Paşinyan ABŞ-a ilk səfərinə hazırlaşır. Erməni qaynaqlarının yazdığına görə, səfərdə əsas hədəf BMT Baş Məclisinin növbəti sessiyasında iştirakdan daha çox ABŞ prezidenti Donald Trampla heç olmasa 20 dəqiqəlik görüşə nail olmaqdır. Şübhə yox ki, bu, ona daxildəki və xaricdəki qeyri-dostlara “yumşaq güc” nümayişi və maliyyə qaynağı tapmaq baxımından çox lazımdır. Artıq Amerikadakı erməni lobbisi görüşün alınması üçün hərəkətə keçib, 50 ermənipərəst konqresmenin Trampa müraciət ünvanlanmasına nail olub.    

Amerika səfərindən az sonra isə erməni baş nazir ABŞ-ın sərt sanksiyalar tətbiq etdiyi və düşmən elan elədiyi İrana səfərə getməlidir. Beləcə, Paşinyan “iki stul” siyasətini davam etdirir - həm özünü Qərbin, həm də Qərbin düşmənlərinin (İran, Rusiya) dostu kimi göstərməyə çalışır. Eyni vaxtda “iki stul”da oturmaq istəyən isə hər ikisindən olar. Yəni sürprizlər şimaldan da, okeanın o tayından da gələ bilər. rosbalt.ru-dakı məqalənin qayəsində də elə bu mesaj-ismarış durur...(müsavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam