Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İrəvan üçün gerisayım başladı:Brüssel tələsi...

 Qərb “gəl-gəl” deyir, Moskva isə... göz ağardır; Kremlin səbir kasası dolmaq üzrə - kritik gəlişmə; Ermənistanın yeni rəhbərliyi Qərbə, NATO-ya yaxınlaşma qarşılığında Putini sakitləşdirməyin təcili yollarını arayır; erməni politoloqlardan SOS: “Rusları başa salmalıyıq ki...”

Yenixeber.org: Baş nazir Nikol Paşinyanın Brüssel səfəri Ermənistanda son günlər KİV və ekspert çevrələrinin əsas mövzusuna çevrilib. Xəbər verdiyimiz kimi, 5 gündən sonra - iyulun 11-də Belçika paytaxtında NATO-nun iki günlük sammiti  olacaq. Paşinyanın bu sammitə qonaq qismində qatılması artıq dəqiqləşib. Erməni baş nazirin mənzil-qərargahı Brüsseldə yerləşən Avropa Birliyi (AB) rəsmiləri görüşləri də nəzərdə tutulub.
Həm NATO, həm də AB yetkililərinin açıqlamalarından belə qənaət hasil olur ki, Qərb “məxməri inqilab”ın banisi Paşinyanı orada səbirsizliklə gözləyir, bu gizli qərbçiyə olduqca isti qəbul və təmaslar vəd edir. Son olaraq AB-nin işğalçı ölkədəki təmsilçisi Pyotr Svitalsiki bəyan edib ki, AB-də Nikol Paşinyan çox isti bir münasibətə qonaq ediləcək. Bundan az öncə NATO baş katibinin siyasi məsələlər üzrə köməkçisinin müavini Ceyms Appaturay analoji açıqlama verərək, alyansın Ermənistanla əlaqələri dərinləşdirməyə və islahatlara dəstək verməyə hazır olduğunu söyləmişdi.
*****

“Yeni Müsavat” qeyd edir ki, adətən ölkə başçılarının Brüssel səfərləri ərəfəsində bu cür bəyanatlar səslənmir. Ermənistan və onun yeni baş naziri timsalında belə jestlər isə şübhə yox ki, onu Qərbə sarı daha ürəklə gəlməyə, Rusiyadan daha ürəklə uzaqlaşmağa şirnikləndirmək üçündür. Bu üzdən konkret olaraq, Brüssel görüşləri kritik, hətta dönüş nöqtəsi sayılır. Çünki Moskvanın bu səfərlə bağlı rahatsız və qıcıqlı olduğu aydın sezilir. Ən azından, Kremlə yaxın KİV-lərdə və ekspertlərin dilindən narazı ovqat ortadadır və Cocuq Mərcanlı törəni də Ermənistan hökumətinə xəbərdarlıq mesajı kimi qiymətləndirilir.    
Necə deyərlər, Paşinyan üçün “geri sayım” başlayıb. Bunu yaxşı anlayan Ermənistanın rəsmi dairələri və ekspert ictimaiyyətində hazırda bir xof yaşanır və Brüssel sammiti yaxınlaşdıqca bu xof artır.
*****
“Qərb tərəfindən Ermənistanın ünvanına gələn belə mesajlar əlbəttə ki, pozitivdir. Ancaq bu prosesə Rusiyanın neqativ yanaşması və qısqanclığı səbəbindən özündə təhlükə də daşıyır”. “Yeni Müsavat” xəbər verir ki, bu barədə dünən Qarnik Gevorkyanın 1 in.am nəşrində getmiş şərh yazısında deyilir.
“Ruslar hələlik ekspert çevrələri vasitəsilə işarə vururlar ki, Qərb strukturları, o cümlədən NATO ilə yaxınlaşmanın cavabı olaraq Ermənistanın təhlükəsizliyində problemlər yarana bilər. Başqa sözlə, Qarabağ cəbhəsində müharibə və təkcə bu da yox”, - deyə müəllif təşvişlə qeyd edir (buradaca yada salaq ki, Brüssel sammitinin gündəliyində “Rusiya aqressiyası ilə mübarizə” mövzusu da var).

Bu xüsusda erməni şərhçi AB-nin xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali komissarı Federika Moqerininin Avroparlamentdəki srağagünkü müzakirələr zamanı Ermənistanla bağlı söylədiklərinə diqqət çəkir: “Moqerini deyib ki, Ermənistanla tərəfdaşlıq haqda anlaşma geosiyasi xarakterli və konfronrasion deyil. Ermənistan hakimiyyətinin əsas vəzifəsi indi bu mesajı Rusiyaya çatdırmaqdır. Rusiyada stereotip yanaşma var: orada istənilən Qərb strukturu ilə əlaqələr anti-Rusiya gedişi kimi qəbul edilir. Halbuki Ermənistanın yeni rəhbərliyi hər addımda və demək olar, bütün tribunalardan bəyan edir ki, öz xarici siyasət kursunda, o cümlədən Avrasiya Birliyi və KTTMT-də üzvlüklə bağlı dəyişiklik etməyəcək. Ruslarla, Rusiya hakimiyyəti ilə, onun siyasi dairələri ilə, ekspert ictimaiyyəti ilə danışmaq lazımdır ki, Ermənistanın hər addımına anti-Rusiya prizmasından baxılmasın və bunun nəticəsi olaraq da müttəfiqlik əleyhinə qərarlar verilməsin”.

Ancaq bunlar əbəs çağırışlardır. Çünki hamıdan yaxşı elə ruslar bilir ki, komandasını “qərbçilər”dən quran Nikol Paşinyanın KTMT və Avrasiya Birliyi ilə bağlı Putinə verdiyi vədlər müvəqqətidir, “siyasi çətir” rolundadır və AB-dən, ABŞ-dan lazımi zəmanətlər alınan kimi Ermənistan xarici siyasət oriyentasiyasını Qərbə dəyişəcək, Rusiyanı satacaq. Hər necə olmasa, son 100 ildə ermənilər bu “qabiliyyəti” bir neçə dəfə sübut ediblər.
*****
“Ermənistan üçün bütün istiqamətlərdə - dost ölkələr və strukturlarla, o cümlədən NATO ilə əlaqələri inkişaf etdirmək vacibdir. Ermənistan öz xarici siyasətini balanslaşdırmalıdır”. Bunu isə, “Yeni Müsavat”ın məlumatına görə, politoloq Gevork Məlikyan baş nazir Nikol Paşinyanın gözlənilən Brüssel səfərini şərh edərkən deyib.
Onun sözlərinə görə, Paşinyan Ermənistan üçün yeni imkanlar əldə eləməyə çalışır. “Bu - bizim üçün imkanlar deməkdir. Hazırda əla imkanlar müstəvisi var. Çox mühümdür ki, Paşinyan Ermənistandakı mövcud reallıqları orada təqdim eləsin. NATO-nun da Ermənistanla bağlı müəyyən gözləntiləri var. Söhbət Appaturayın da dediyi kimi, əməkdaşlığın həcmi və dərinləşməsindən gedir. Əlbəttə ki, bu, NATO-ya üzvlüyü və ya üzvlük perspektivini ehtiva eləmir. Ancaq o da aydındır ki, alyansın geniş imkanları var. Appaturayın bəyanatları göstərir ki, NATO əlaqələri dərinləşdirməyə hazırdır. Bunun ardınca alyansın hansı cavab reaksiyası və hazırlığı gələcək, bunu artıq Brüssel görüşündən sonra görəcəyik”, - deyə o əlavə edib.
Təbii ki, Kremlin reaksiyası da özünü çox gözlətməyəcək. Obrazlı ifadə eləsək, deyir, sən saydığını say, gör Moskva nə sayır...(müsavat)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam