Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

FDD analitik mərkəzinin mütəxəssisi:"Qərb Türkiyəni itirsə, bunun ağır nəticələri ilə üzləşər"

ABŞ prezidenti Donald Trampın Türkiyə və iqtisadiyyatını hədəf alan sanksiyalarına Qərbdə etirazlar gedərək artmaqdadır.

Yenixeber.org: İngiltərənin “Çatham Haus” analitik qurumunun Türkiyə və Yaxın Şərq üzrə mütəxəssisi Fadi Hakura yaranmış iqtisadi məngənənin Avropaya doğru yol alacağını deyib.

Onun sözlərinə görə, Qərb Türkiyəni itirsə, bunun ağır nəticələri ilə üzləşər.

ABŞ-ın FDD analitik mərkəzinin mütəxəssisi Conatan Şanzer isə Türkiyənin “F-35” proqramından çəkilməsinin faciəyə yol açacağını qeyd edib.

Belə ki, “F-35” raketlərinin uzaqdan idarəetmə və elektron kartlarının tək istehsalçısı Türkiyənin AYESAŞ şirkətidir. Bu da layihənin 12 milyard dollarlıq hissəsini təşkil edir.

Şanzer tvitter hesabından bu açıqlamanı verib: “Biri mənə bu iki komponent üçün təcili planımız olduğunu desin. Türkiyənin xarici siyasətini diqqətlə izləyən hər hansı bir müşahidəçi belə bu böhranın qarşısını ala bilərdi. Hazırda hərbi ağlımıza güvənə biləcəyimizi ümid edirəm”.

Qeyd edək ki, Türkiyənin ASELSAN, Qala Aviasiya, MiKES, Alp Aviasiya, HAVELSAN, ROKETSAN, TUSAŞ/TAİ firma və qurumlarının da daxil olduğu 10 şirkət “F-35” proqramının xüsusi detalları üzərində işləyir. Əgər Türkiyə şirkətləri bu proqramdan çəkilsə, digər müttəfiqlərin sərmayəsi artırılmalıdır. Bu da əlavə xərc və illərlə zaman itirmək deməkdir.

İsrail bu qarışıqlıqdan istifadə edərək Türkiyənin yerinə proqrama daxil olmaq üçün təşəbbüslər irəli sürməyə başlayıb. F-35-lərin parçalarını istehsal edən türk firmaların yerinə İsrail Aviasiya Sənayesi və iki firmanın istehsala hazır olduğu elan edilib/Publika.az.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam