Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Putinin Trampa etdiyi təkliflər bəlli oldu

 

Putinin Trampa etdiyi təkliflər bəlli oldu
İyulun 16-sı Helsinkidə baş tutan ABŞ-Rusiya sammitində Rusiya prezidenti Vladimir Putinin amerikalı həmkarı Donald Trampa təqdim etdiyi qarşılıqlı tərksilah barədə təkliflər sənədinin detalları bəlli olub.
 Yenixeber.org: "Politico” qəzeti Moskvadakı mənbələrindən sənədin rusdilli versiyasını əldə edib və Moskvanın təkliflərinin nədən ibarət olduğunu aşkalayıb.

Sənədə əsasən, Rusiya silahlar üzərində nəzarət sahəsində ABŞ-la münasibətlərin normallaşdırılmasına hazır olduğunu bildirib. O cümlədən, Moskva strateji hücum silahlarının azaldılmasına dair 2010-cu ildə imzalanan müqavilənin daha 5 il müddətinə uzadılmasını təklif edib. Rusiya ilə ABŞ arasında imzalanan həmin müqavilə nüvə başlığı daşıyan silahların sayında ixtisar edilməsini nəzərdə tutur.

Putin həmçinin, Trampa kosmosda silah yerlşdirilməsinin məhdudlaşdırılması haqqında yeni müqavilə bağlamağı da təklif edib. O cümlədən, sənəddə hər iki ölkənin müdafiə və xarici işlər nazirləri arasında “2+2” formatında danışıqlar aparmasını nəzərdə tutan yeni məsləhətləşmələr mexanizminin yaradılmasının mümkünlüyü qeyd olunub.

Xatırladaq ki, Trampla ilk dəfə 16 iyulda Helsinkidə təkbətək görüşən Putin nüvə silahlarının yayılmaması barədə müqavilənin şərtlərinə riayət edilməsindən doğan problemlərin həlli ilə bağlı amerikalı həmkarına təkliflər sənədi təqdim edib. Görüşdən sonrakı mətbuat konfransında Putin deyib ki, iki böyük nüvə gücü kimiABŞ və Rusiya beynəlxalq təhlükəsizliyə görə xüsusi məsuliyyət daşıyırlar.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam