Paşinyandan Kremlə sarsıdıcı zərbə -Rus qoşunları Türkiyə ilə sərhəddən çıxarılır
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın Federal Təhlükəszilik Xidməti (FTX) əməkdaşlarını ölkədən çıxarmağa, Ermənistan-Türkiyə sərhəddinə nəzarəti rus qoşunlarının əlindən almağa hazırlaşır.
Yenixeber.org: Ukraynanın “Dialoq.UA” saytı xəbər verir ki, Paşinyanın Kremlə yeni sarsıdıcı zərbə planı barədə “Baqramyan 26” erməni teleqram-kanalı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Paşinyan Ermənistan-Türkiyə sərhəddindəki Rusiya xüsusi xidmət orqanları işçilərini Ermənistan daxili qoşunlarının bölmələrilə əvəz etmək istəyir. Hazırkı Ermənistan hökumətində bu ideyanın dəstəklənməsinin bir neçə səbəbi olduğu deyilir.
Əvvəla, Paşinyan hesab edir ki, erməni xalqı qəsbkar Serj Sarkisyanın əmrilə müxalifətə təzyiq edən daxili qoşunların daha xeyirli işlə məşğul olmasına sevinəcək. İkincisi, onlar öz ərazilərində yad ölkənin xüsusi xidmət orqanlarını görmək istəmirlər.
“Sərhədlərimizdə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları nəyimizə lazımdır? Əlbəttə ki, əgər sərhədlərimizi qorumağa adam varsa, heç nəyə”, - deyə “Baqramyan 26” bildirib.
Həmçinin vurğulanıb ki, Paşinyanın bu addımı atmaqda əsas məqsədlərindən biri gələcəkdə daxili qoşunlardan müxalifətə qarşı istifadə olunmasının qarşısını almaqdır. Çünki Ermənistanın siyasi həyatında nələrin baş verəcəyini öncədən proqnozlaşdırmaq, Paşinyanın uzun müddət hakimiyyətdə qala biləcəyini ehtimal etmək çətindir.
Digər başlıca səbəb isə Azərbaycan faktorudur. Bildirilir ki, son zamanlar Azərbaycan qoşunlarını Dağlıq Qarabağ ətrafına cəmləşdirir. Bu mənada, Ermənistan ordusunun say tərkibinin qənaətbəxş olmadığı nəzərə alınsa, işə yaramayan və daha çox təhdid-təzyiq funksiyasını icra edən daxili qoşunların Ermənistan-Türkiyə və Ermənistan-Azərbyacan sərhədlərinə göndərilməsi məqsədəuyğun olardı.
Belə halda, Türkiyə ilə sərhəddi qoruyan rus qoşunlarına “sağ ol” deyərək, öz evlərinə və ya Krıma yollamaq olar. “Nəticədə, bu yolla yaxın zamanlarda Ermənistanın bütün sərhəd ərazilərinə sırf erməni qüvvələri nəzarət edəcək. Və əgər Türkiyə tərəfindən hansısa təhlükə yaranarsa, bizim 102-ci hərbi bazamız var”, - deyə məlumatda vurğulanıb.
Yayılan xəbərlərə müstəqil erməni ekspertlərin reaksiyası birmənalı olmayıb. Onların fikrincə, bu addım təqdirəlayiq olardı. Lakin Ermənistan daxili qoşunlarının sərhəd-nəzarət və təhlükələrə operativ reaksiya təcrübəsi yoxdur. Bu, bir qədər vaxt apara bilər. Paşinyanın bu niyyətinə ən böyük maneə isə Moskvadır. Kreml çətin ki, Rusiyanın regionda NATO ilə birbaşa sərhəddə çıxışını təmin edəcək yeganə imkanının “əlindən alınmasına” icazə versin. Bu, Moskva üçün strateji məsələdir. Elə İrəvana “İsgəndər”lərin verilməsi də Ermənistanın təhlükəsizliyi naminə yox, Rusiyaya Türkiyə ərazisindən gələcək mümkün NATO təhlükəsinə qarşıdır.