Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Putin ilk dəfə Kim Çen Inla görüşəcək

Putin ilk dəfə Kim Çen Inla görüşəcək
Rusiya prezidenti Vladimir Putinlə Şimali Koreya lideri Kim Çen Inın yaxın vaxtlarda görüşü baş tuta bilər. Görüşün detalları və vaxtı diplomatik kanallar vasitəsilə dəqiqləşdiriləcək.
Yenixeber.org: Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Qeyd edək ki, bu gün Şimali Koreyanın dövlət informasiya agentliyi bəyan edib ki, diplomatik münasibətlərin qurulmasının 70 illiyi münasibətilə Moskva və Pxenyan ikitərəfli sammit keçirmək barədə razılığa gəlib.

2018-ci ildə keçirilməsi planlaşdırılan sammitdə Vladimir Putin və Kim Çen In da iştirak edəcəklər. Bu barədə razılıq Pxenyana səfər edən Rusiya xarici işlər naziriSergey Lavrovun Şimali Koreya lideri ilə dünənki görüşündə əldə olunub. Bu, iki ölkə başçısının ilk görüşü olacaq. Bundan əvvəl Vladimir Putin 2000 və 2001-ci illərdə Şimali Koreyanın hazırkı liderinin atası Kim Çen İrlə görüşlər keçirib.

Xatırladaq ki, iyunun 12-də Sinqapurda isə ABŞ-Şimali Koreya sammiti çərçivəsində Donald Trampla Kim Çen Inın görüşü gözlənilir. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam