Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

AZƏRBAYCAN ƏRDOĞANIN ÇAĞIRIŞINA NECƏ CAVAB VERƏCƏK?–Sabah İslam ölkələri İstanbulda İsrail əleyhinə toplaşacaq


“HƏMAS-ı terror təşkilatı olaraq görməmişəm, görmürəm də. İsrail işğalçıdır, HƏMAS isə torpaqlarını azad etməyə çalışan müqavimət hərəkatlarından biridir”.

Yenixeber.org: Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

İngiltərə səfərində onu müşayiət edən jurnalistlərlə Londondan ayrılmazdan əvvəl apardığı söhbətdə prezident Türkiyənin Qəzzada baş verən son hadisələrlə bağlı mövqeyinə aydınlıq gətirib. O, İsrail Baş naziri Netanyahu ilə “Twitter” mübahisəsini şərh edərkən deyib ki, qarşı tərəfin verdiyi cavablar Türkiyə prezidentinin sözlərinin sionizmin sinir uclarına toxunduğunu göstərir.

Xatırladaq ki, İsrailin Qüds etirazçılarına qarşı zorakılığına sərt etiraz edən Rəcəb Tayyib Ərdoğan ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında “Twitter” üzərindən bir mübahisə yaşanmışdı.

Netanyahu, rəsmi “Twitter” hesabında yayımladığı mesajında Ərdoğanı HƏMASın ən böyük tərəfdarlarından biri adlandırmış və “onun terror və qətliamdan çox yaxşı anladığına da şübhə yoxdur” yazaraq bildirmişdi: “Bizə əxlaq dərsi verməməsini təklif edirəm”.

Netanyahunun sözlərinə Ərdoğan cavabsız qalmamış və  ingiliscə paylaşdığı mesajında onu “əlini fələstinlilərin qanına batmaqda” günahlandırmışdı: “Netanyahu Birləşmiş Millətlər Təşkilatının qətnamələrini pozaraq, 60 ildən artıqdır ki, müdafiəsiz xalqın torpaqlarını işğal altında tutan aparteid bir dövlətin baş naziridir. Əli fələstinlilərin qanına batıb və Türkiyəyə hücum edərək günahlarını ört-basdır edə bilməz”.

Maraqlıdır ki, Ərdoğan iki siyasi liderin arasında yaşanan bu mübahisəni London səfəri zamanı da sürdürüb. O, mətbuat nümayəndələrinə Türkiyənin son hadisələrlə bağlı atdığı addımlardan danışarkən bildirib: “Fələstində yaşanan biabırçılıq tablosu qarşısında səssiz qala bilməzdik. Bu istiqamətdə bir sıra addım atdıq. Üç gün yas elan etdik. Xüsusi gündəmlə Türkiyə Böyük Millət Məclisinin toplantısını keçirdik. İslam Əməkdaşlıq Təşkilatını (İƏT) növbədənkənar iclasa çağırdıq. Cümə günü bu fövqəladə sessiyamız baş tutacaq”.

Türkiyənin son hadisələrindən sonra da xarici siyasət sahəsində Fələstin məsələsini yenidən aktiv hala gətirəcəyini bildirən Ərdoğan deyib ki, artıq bir sıra dövlət rəhbərlərilə telefon danışıqlarına başlayıb: “Baş nazirimiz Binəli bəy, Xarici İşlər nazirimiz Mövlud bəy də öz həmkarlarıyla bənzər danışıqlar aparırlar. İslam Əməkdaşlıq Təşkilatının cümə günü İstanbulda keçirəcəyimiz fövqəladə iclasında iştirakın mümkün qədər yüksək səviyyədə olmasını arzulayırıq. ABŞ-ın öz səfirliyini Qüdsə daşıması və “Nakbe”nin (Böyük fəlakət – 14 May 1948 tarixində İsrail Dövlətinin müstəqillik elanından sonra başlayan Ərəb-İsrail müharibəsi və bu zaman fələstinlilərin başına gələn müsibətlər – Ovqat.com) 70-ci ili münasibətilə baş verən hadisələr əslində utanc tablosudur. Qüds – bizim qırmızı xəttimizdir. Bundan güzəştə getməyimiz mümkün deyil. Fələstin tək deyil”.

Türkiyə prezidenti Fələstin məsələsinə müsəlman ölkələrinin laqeydliyindən də gileylənib: “Amma bu məqamda beynəlxalq aləmin, hətta Ərəb Liqasının, İslam dünyasının arzulanan səviyyədə bir ortaq mövqe nümayiş etdirdiyini söyləmək çətindir. Edilən səhvlər qarşısında açıq şəkildə səsini ucaldan nadir ölkələrdən biriyik. İran və Rusiyanın verdikləri bəyanatlar da mühümdür. İƏT-nın İstanbuldakı sammitində üzv ölkələrin hansı səviyyədə qatılacaqlarını görməyimiz bu baxımdan da əhəmiyyət daşıyır”.

Göründüyü kimi, Türkiyə prezidenti İƏT-nin sabah İstanbulda keçirilməsi planlaşdırılan sammitinə İslam ölkələrinin “test imtahanı” kimi baxdığına işarə edib.

Azərbaycan da İƏT-nin üzvüdür və Türkiyə ilə strateji müttəfiqdir.Hökumətimiz həm də İsraillə münasibətlərini isti tutmaq arzusundadır. Təsadüfi deyil ki, məlum hadisələr yaşanandan az sonra Azərbaycanın Vergilər naziri nümayəndə heyətinin rəhbəri kimi İsrailə səfər etmiş və mayın 15-də Qüdsdə keçirilən bir toplantıya qatılmışdı.  Həmin toplantı Azərbaycanla İsrail arasında iqtisadi əməkdaşlığın inkişafı üzrə hökumətlərarası komissiyanın ilk iclası idi. İclasda çıxış edən Mikayıl Cabbarov İsrail barəsində xoş sözləriylə yadda qalmışdır: “İsrail və innovasiyalar bu gün sinonimlər olub. İnnovasiyalar hazırda təkcə kompüter texnikası sahəsində deyil, demək olar ki, insan fəaliyyətinin bütün sahələrində tətbiq olunur. Ona görə də mən şadam ki, Azərbaycan İsraillə əməkdaşlıqda yeni səhifə açıb və ümid edirəm ki, bizi çoxlu sayda birgə layihələr gözləyir”.

Trend-in əvvəl dərc edib sonra sildiyi həmin xəbərdə daha sonra deyilir: “İsrail tərəfdən komissiyanın həmsədri, ətraf mühitin mühafizəsi naziri Zeev Elkin deyib ki, ölkəsinin Baş naziri və Azərbaycan Prezidentinin birgə qərarı ilə yaradılan bu komissiyaya böyük əhəmiyyət verirlər:

“Azərbaycan nümayəndə heyətinin tərkibinə bir çox nazirliklərin nümayəndələrinin daxil olması faktı İsrail ilə münasibətlərin inkişafının Azərbaycan üçün də böyük əhəmiyyətə malik olduğunu göstərir. Komissiyanın yaradılması çoxillik etibarlı əlaqələri ilə seçilən ölkələrimiz arasında münasibətləri keyfiyyətcə yeni səviyyəyə çıxaracaq və əməkdaşlığın yeni sahələrinin açılması üçün platforma olacaq”. 

Bundan əlavə tərəflər tibb sahəsində birgə elmi tədqiqatların aparılmasının mümkünlüyünü və İsrailin yüksək texnologiyalar şirkətlərinə Azərbaycan investisiyalarının perspektivlərini müzakirə ediblər”.

Göründüyü kimi, Avropa Şurasında sıxışdırılan Azərbaycan indi də İslam Əməkdaşlıq Təşkilatı tərəfindən sınağa çəkilir. Bu sınaqdan necə çıxacağımız isə sabah aydın olacaq.

Heydər OĞUZ

Ovqat.com


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam