Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ABŞ Suriya üzrə Astana formatını qəbul etmir

ABŞ Suriya üzrə Astana formatını qəbul etmir
ABŞ Suriyada gərginliyin azaldılmasını alqışlayır, lakin bu ölkədəki vəziyyətin nizamlanması məsələsində Cenevrə prosesinə diqqət ayırmağa üstünlük verir.
Yenixeber.org: Bu barədə ABŞ-ın Qazaxıstandakı səfirliyinin mətbuat xidmətindən bildiriblər.

Suriyadakı zorakılığın real olaraq azaldılmasına yönələn istənilən təşəbbüsü alqışlamaqla yanaşı, bizim diqqətimiz Cenevrə prosesinə və bu format çərçivəsində danışıqların əhəmiyyətli inkişafına yönəlib” – deyə məlumatda bildirilib.

Qeyd edək ki, dünəndən etibarən Suriya üzrə Astana danışıqlarının növbəti raundu keçirilir. Bəşər Əsəd hökuməti, Suriyada atəşkəsə qarant ölkələr – Rusiya, İran və Türkiyə nümayəndə heyəti, BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi görüşlərdə iştirak edirlər. Bu gün isə Əhməd Tomanın rəhbərliyi ilə Suriya silahlı müxalifətinin 24 nəfərlik nümayəndə heyəti də danışıqlara qatılacaq. ABŞ isə Astana formatı çərçivəsində bu dəfəki danışıqlarda iştirakdan imtina edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam