Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Putin və Ərdoğan anlaşmadı:Əsəd ordusu gəlir...


 

Hazırda Astana prosesi ilə Cenevrə prosesi arasında böyük təzadlar yaşanır. Nizami qüvvələr, ordular, generallar ancaq siyasi dairələrə tabedirlər və onların əmrlərini yerinə yetirirlər.

Yenixeber.org: Bu sözləri açıqlamasında politoloq Tofiq Abbasov deyib. Onun sözlərinə görə, Astana prosesinin iştirakçıları - Rusiya, Türkiyə və İran arasında formal razılığa baxmayaraq, böyük anlaşılmazlıqlar var:

“Birincisi, yaradılmış üç deeskalasiya zonası kövrək vəziyyətdədir. İkincisi, tərəflər üzərlərinə düşən öhdəlikləri yerinə yetirə bilmirlər və ya yetirmək istəmirlər. Digər tərəfdən isə həmin o üç deeskalasiya zonasına olan basqı, reaksiyalar və hərbi hücumlar vəziyyəti qeyri-stabil edir. Məsələ ondadır ki, ABŞ Astana prosesinin nəticələrini qəbul etmir. İndi Afrin ətrafında mübarizə də ondan ibarətdir ki, oradakı kürd dəstələri Amerikanın bilavasitə köməyi ilə möhkəmlənirlər. Bu isə birbaşa Amerikanın bölgədə möhkəmlənməsi deməkdir. Düzdür, guya üzdə Türkiyə Amerika ilə bu məsələni razılaşdırmayıb. Əslində, keçmiş müttəfiqlər bu işdə bir-birlərinə maneçilik törətmirlər”.

Politoloq bildirib ki, bütün tərəfləri narahat edən Rusiya və İran qoşunlarının təmsilçilərinin Suriyada olmasıdır:

“Suriya ordusu öz müttəfiqləri ilə artıq Afrin tərəfə istiqamət alıb. Siyasilər razılığa gəlməsələr, onda hərbi toqquşmalar mütləq şəkildə baş verəcək. Biz yenə Suriya meydanında gərginliyin artmasının şahidi olacağıq. Əgər Türkiyə və Rusiya prezidentləri arasında baş tutan telefon danışıqlarında prinsipial anlaşma əldə olunmayıbsa, demək, həqiqətən də vəziyyət pisə doğru gedir”.

Qeyd edək ki, ötən gün Suriya Dövlət Televiziyası Əsəd rejiminə bağlı olan qüvvələrin yaxın saatlarda Afrinə girəcəyini açıqlayıb.

 

Prezident Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı ilə telefon danışığı zamanı Putinə Türkiyənin Afrində planlaşdırdığı şəkildə əməliyyatı həyata keçirməkdə qərarlı olduğunu bildirib.(axar.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam