Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

Mötəbər təşkilatdan Azərbaycanın ərazi bütövlüyünə dəstək

 

Mötəbər təşkilatdan Azərbaycanın ərazi bütövlüyünə dəstək
17 aprel tarixində Tacikistanın paytaxtı Düşənbə şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin 23-cü iclası keçirilib.
Yenixeber.org: Xarici İşlər Nazirliyindən daxil olan məlumatda bildirilir ki, iclasda Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Tacikistana səfər əsnasında nazir müavini Mahmud Məmməd-Quliyev Tacikistanın xarici işlər naziri Sirocaddin Aslov ilə görüşüb. Səmimi dostluq şəraitində keçirilən görüşdə ölkələrimiz arasında ənənəvi tərəfdaşlıq münasibətləri qeyd olunaraq, siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlıq müzakirə olunub.

İƏT-in iclasında çıxış edən nazir müavini Mahmud Məmməd-Quliyev İƏT çərçivəsində Azərbaycanın fəal iştirakı və üzv dövlətlər arasında hərtərəfli əməkdaşlığı dəstəklədiyini, praktiki əməkdaşlığın gücləndirilməsinə xidmət edən bir sıra təşəbbüslər irəli sürdüyü, regional nəqliyyat dəhlizləri layihələrini təşviq etdiyini qeyd edərək, ölkəmizdə mövcud olan siyasi, iqtisadi sabitlik və həyata keçirilən islahatlar barədə məlumat verib.
İƏT xarici işlər nazirlərinin 23-cü iclasının nəticəsi olaraq Düşənbə kommunikesi qəbul olunub.

Sənəddə İƏT regionunda həll edilməmiş münaqişələr, xüsusilə Ermənistan-Azərbaycan münaqişəsinin mövcud olmasının iqtisadi inkişaf və regionun potensialının tam şəkildə istifadəsinə, regional və daha geniş əməkdaşlığa ciddi şəkildə maneə olmasına münasibətdə narahatlıq ifadə olunaraq, bu kimi münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə dövlətlərin ərazi bütövlüyü və suverenliyi əsasında tezliklə həll edilməsi üçün səylərin artırılmasının vacibliyi qeyd olunub.

Sənəddə ölkəmizin iştirak və təşviq etdiyi Bakı-Tbilisi-Qars dəmir yol xətti, Şimal-Cənub nəqliyyat dəhlizi, habelə, Bakı-Ceyhan neft kəməri, genişləndirilmiş Bakı-Ərzurum təbii qaz kəməri, Azərbaycan-İran-Rusiya elektrik ötürmə xətti kimi irimiqyaslı regional nəqliyyat və enerji layihələrinin əhəmiyyəti vurğulanıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam