Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Baş katib:"Türk dünyası Azərbaycan Prezidentinin türk xalqlarının inteqrasiyasını gücləndirmək səylərini yüksək qiymətləndirir"

 

 

Türk Şurası İlham Əliyevi yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik edib© AA

Yenixeber.org: Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) İlham Əliyevi Azərbaycan Prezidenti vəzifəsinə yenidən seçilməyi münasibətilə təbrik edib.

Bu barədə "Anadolu" agentliyi xəbər verir.

Təbrik müraciətində təşkilatın Baş katibi Ramil Həsənov Azərbaycan dövlət başçısına aprelin 11-də ölkədə keçirilmiş Prezident seçkilərində qələbə qazanması münasibətilə səmimi təbriklərini çatdırıb.

"Son seçkilərdə Prezident İlham Əliyevin inamlı qələbəsi ilə əlaqədar ən xoş arzularımı bildirmək istəyirəm: bu, onun yüksək siyasi gücünün və əla xarici siyasət yürütməkdə və ölkədə görünməmiş iqtisadi-sosial islahatların həyata keçirilməsində əməyinin təcəssümüdür", - bəyanatda deyilir.

Bununla yanaşı, türk dünyasının Prezident İlham Əliyevin türk xalqlarının inteqrasiyasını gücləndirmək və türkdilli ölkələr arasında mövcud qardaşlıq münasibətlərinin möhkəmləndirmək səylərini yüksək qiymətləndirdiyi vurğulanıb.

Qeyd edək ki, 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində yaradılan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan daxildir. Hökumətlərarası təşkilatın məqsədi türkdilli ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsidir.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam