Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Prezident İlham Əliyev Vladimir Putini təbrik edib-Rusiya Prezidenti seçilməsi münasibətilə

 

 

Azərbaycan Prezidenti rusiyalı həmkarına xoş arzularını çatdırıb

Yenixeber.org:  Azərbaycan Prezidenti İlham Əliyev Vladimir Putini növbəti dəfə Rusiya prezidenti seçilməsi münasibətilə təbrik edib.

Bu barədə Azərbaycan Prezidentinin rəsmi saytında bildirilir. 

"Sizi Rusiya Federasiyasının prezident seçkilərində qəti qələbə münasibətilə səmimi qəlbdən təbrik edirəm. Bu qələbə sizin yüksək siyasi nüfuzunuza və ölkədə sizin tərəfinizdən həyata keçirilən sabitliyin, qanunçuluğun təminatına yönəldilmiş, uzunmüddətli sosial proqramların reallaşdırması, genişmiqyaslı dəyişikliklərin həyata keçirilməsi, xalqın rifahının artımına imkan yaradan kursa aktiv dəstəyi nümayiş etdirir"- deyə təbrik məktubunda bildirilir.

Məktubda qeyd edilir ki, Azərbaycan və Rusiyanı çox əsrlik sıx dostluq və mehribanlıq zəncirləri bağlayır. "Sevindiricidir ki, bu gün bu möhkəm bünövrədə bizim dövlətlərarası münasibətlərimiz müvəffəqiyyətlə inkişaf edir", - deyə İlham Əliyevin təbrik məktubunda vurğulanır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam