Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Mövlud Çavuşoğlundan ərəb liderə sərt reaksiya:Sizin sisteminiz budur

 

Hər zaman Türkiyənin davranışlarını anlamağa çalışıram.

Yenixeber.org: Bunu Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı Ərəb Dövlətləri Liqasının Baş katibi Əhməd Əbu Qayt söyləyib.

“Türk dostlarıma səslənirəm. Siz sərhədlərinizin güneyində bir ərəb ölkəsinə müdaxilə etdiyinizin fərqində olmalısınız”, – deyə o bildirib.

Əbu Qaytın bu açıqlaması Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun kəskin reaksiyasına səbəb olub.

“Biz Suriyada beynəlxalq hüquq çərçivəsində hərəkət edirik. Türkiyə özünü müdafiə haqqından yararlanır və terror təşkilatlarıyla mübarizə aparır. Siz öz sisteminizdən bəhs edirsiniz. Kaş ki, sisteminiz üzv ölkənin liderinin yarım milyon insan öldürməsini, kimyəvi silah istifadə edə bilməsinin qarşısını ala biləcək gücdə olaydı. Ərəb Dövlətləri Liqası nədənsə Suriyada hərəkatlar aparan ABŞ və digər Qərb ölkələrinə qarşı səssiz qalır. Sizin üzvlərinizin bəziləri Qüds məsələsində Fələstin və İordaniyaya təzyiq edir, amma Ərəb Dövlətləri Liqası buna səssiz qalır. Sizin sisteminiz təəssüf ki, budur”.

 

Qeyd edək ki, Əbu Qayt 2016-cı ildə Ərəb Dövlətləri Liqasının rəhbəridir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam