Redaktor seçimi
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Günün xəbəri

İsrailin Müdafiə nazirinə sui-qəsddə erməni izi

 İsrailin Müdafiə nazirinə sui-qəsddə erməni izi

 

İsrailin Müdafiə nazirinə qarşı sui-qəsd cəhdində erməni izinin olması istina deyil

Yenixeber.org:  Bunu İsrailin Müdafiə naziri Aviqdor Libermana sui-qəsdə cəhdi barədə yayılan məlumatları şərh edən Müdafiə nazirinin sabiq müavini, istefada olan general-leytenant Çingiz Məmmədov bildirib.

Generalın sözlərinə görə, İsrail-Azərbaycan münasibətlərinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı erməni tərəfinin daim ciddi narahatlığı ilə qarşılanıb: "Elə bu yaxınlarda Ermənistan parlamentinin nümayəndə heyətinin İsrailə səfəri zamanı məhz Aviqdor Libermanın Azərbaycanı açıq-aydın dəstəkləməsi barədə verdiyi bəyanatlar da erməni deputatlarını son dərəcə məyus edib. Onu da xüsusi qeyd etmək lazımdır ki, erməni nümayəndə heyətinin İsrailə nəticəsiz, iflasa uğramış səfərindən dərhal sonra sui-qəsdin baş verməsi onun hələ səfər öncəsi planlaşdırıldığını ehtimal etməyə əsas verir".

Ç.Məmmədov qeyd edib ki, Ermənistanın kriminal rejimi beynəlxalq terror təşkilatları, o cümlədən anti-İsrail qüvvələri ilə sıx və qarşılıqlı əlaqədə sui-qəsdlər və terror aktlarından məqsədlərinə nail olmaq üçün daim istifadə edir: "Bildiyimiz kimi, bu üsuldan istifadə hətta bir çox erməni təşkilatlarının nizamnamələrində də öz əksini tapıb.

Dünyanın müxtəlif ölkələrində, məsələn Parisdə, Moskvada, İstanbulda və bir çox digər yerlərdə törədilən terror aktlarında və sui-qəsdlərdə ermənilərin birbaşa iştirakı öz fakt və sübutlarla öz təsdiqini tapıb. Heç şübhəsiz, bu terror aktında da ermənilərin bilavasitə əlinin olması istisna deyil. Bu fikri təsdiq edən faktlardan biri də Ermənistanın israrlı cəhdlərinə baxmayaraq, İsrail parlamentinin qondarma "erməni soyqırımı"nı qəbul etməməsidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam