Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

“Müəyyən təhlükələr ola bilər” –Mütəllibovdan növbədənkənar seçkilərə MÜNASİBƏT



  

Xəbər verdiyimiz kimi, fevralın 5-də Prezident İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, növbədənkənar prezident seçkiləri 2018-ci il aprelin 11-nə təyin olunub.

 

Yenixeber.org: Eks-prezident Ayaz Mütəllibov növbədənkənar prezident seçkilərini şərh edib.

 

“2018-ci ilin 11 aprelində növbədənkənar prezident seçkilərinin keçirilməsini təqdirəlayiq hal hesab edirəm. Bu, çox ciddi addımdır. Bunun əsasında  xaricdən ölkəmizə müxtəlif proseslər ola bilər. Amma daxildəki qüvvələr haqqında danışmaq istəmirəm. Ancaq xaricdə vəziyyət yaxşı deyil. Bunun fonunda müəyyən təhlükələr ola bilər. Ona görə də seçkilərin apreldə baş tutması düşünülmüş addımdır”

 

Eks-prezident seçkilərdən sonra növbəti 7 ilə də nəzər salıb.

 

“Seçkilərdən sonra növbəti 7 il üçün Azərbaycan dövlətinin iqtisadi-siyasi məsələlərini müsbət görürəm. Hər zaman öz çıxışlarımda da demişəm ki, elə etməliyik ki, dünyada gedən və xoş olmayan proseslər bizə toxunmasın. Çalışmalıyıq ki, Azərbaycan dövlətinin maraqlarına xidmət edək. Bu baxımdan ölkə prezidentinin addımı bəyənilir və ali məqsədin zəruriliyindən irəli gələn qərardır. Şübhəsiz ki, dövlətçiliyin tərəfini tutan insan kimi bunu dəstəkləyirəm”.

 

Ayaz Mütəllibov həmçinin 2018-ci ildə mərhum eks prezidentlər Əbülfəz Elçibəyin 80, Heydər Əliyevin 95 illik yubileyinə də diqqət çəkib.

 

“Bütün Azərbaycan tarixinə daxil olan görkəmli adamlar “Cümhuriyyət ili”ndə öz əksini tapmalı və xalqımız onları unutmamalıdır. Mərhum prezidentimiz Heydər Əliyevin də bu il 95 illiyi olacaq. Bununla bağlı geniş miqyasda hazırlıqlar aparılmalıdır. Çünki Heydər Əliyevin Azərbaycan xalqı üçün etdiklərinin tayı-bərabəri yoxdur. Bu, danılmaz faktdır. Buna görə də daha yaxşı tədbirlər keçirilməlidir”.(modern)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam