Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Moskva kürdlərlə danışıqlar aparır– Afrin əməliyyatı

Moskva kürdlərlə danışıqlar aparır

 

 

 

Kürdlər Afrini Suriya hökumət qüvvələrinin nəzarətinə verməyə meyil edirlər

 

Yenixeber.org: Bu barədə informasiyanı “İzvestiya” qəzeti yayıb. Qəzetin YPG-dəki mənbəsi isə kürdlərin Dəməşqlə danışıqlara Türkiyənin “Zeytun budağı” əməliyyatından sonra başlatdığını bildirib:

“Biz şəhəri və onun ətrafındakı rayonları verməyə hazırıq, amma bununla bağlı zəmanət almalıyıq. Dəməşq bizim maraqlarımıza zərər verməməlidir”.

“İzvestiya”ya danışan rusiyalı mənbə isə kürdlərlə Dəməşqi məhz Moskvanın barışdırmağa çalışdığını və kürdləri Afrini Dəməşqə verməyə səslədiyini söyləyib.

Qəzetə bu informasiyanı Rusiyadakı Kürdlərin Federal Milli Mədəni Muxtariyyat Şurasının rəhbəri Fərhad Patiyev də təsdiqləyib. Onun sözlərinə görə, hazırda Dəməşqlə kürdlər arasında bu danışıqlar həqiqətən aparılır və hər bir tərəfin razılaşma üçün öz şərtləri var.

Suriya Müdafiə Nazirliyinin generalı Samir Süleyman isə Afrinə kürdlərdən icazə alaraq girməyəcəklərini deyib:

“Biz dəvətə və özəlliklə icazəyə ehtiyac duymuruq. Afrinə girmək Suriya ordusunun hüququdur. Bu bölgə Suriyanın bir hissəsidir. Bu rayonlara girmək haqqında qərar veriləndə hərbçilər bunu edəcəklər”.

Qeyd edək ki, bundan öncə Rusiyanın YPG-yə Afrini Dəməşqin tabeliyinə verməyi təklif etdiyi, ancaq terror qruplaşmasının bu təklifdən imtina etdiyi, buna görə də Moskvanın Türkiyənin hərbi əməliyyatlarına dəstək verdiyi bildirilmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam