Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Moskvadan İrəvana seçki “sürpriz”i, Bakıya yeni silahlar...

Rus sərhədçilərini Ermənistandan çıxarmaq tələblərinə şimaldan təpki; Rusiyanın tanınmış nəşrindən Ermənistanda yaxınlaşan prezident və baş nazir seçkilərinə dair maraqlı şərh; Putin Sərkisyanla bağlı seçimini hələ etməyib; yeni prezident “Yusif Sərrac” taleyi də yaşaya bilər...  

Yenixeber.org: Ötən həftə Ermənistanın yeni parlamentli idarəçiliyində ilk prezident olmağa ən şanslı şəxsin adı açıqlandı. Bu, hakim Respublikaçılar Partiyasının (ERP) namizədi, hazırda Böyük Britaniyada səfir olan, keçmiş baş nazir və imkanlı iş adamı Armen Sərkisyandır.

Parlamentdə martın 2-də baş tutacaq seçkidə onun qələbəsi şübhə doğurmur. Çünki ERP parlamentdə səs çoxluğuna malikdir. Doğrudur, 1/4 sayda deputatları olan bloklar da namizəd irəli sürə bilər. Lakin belə bir hüquq hakim partiyadan sonra yeganə “Tsarukyan” blokuna məxsusdur. Lakin bu blok prezidentliyə namizəd irəli sürmək fikrində deyil. Üstəgəl, “Daşnaksütyun” rəsmisi də Armen Sərkisyanın namizədliyinə etiraz eləməyib.   

*****

Serj Sərkisyan Armen Sərkisyan ile ilgili görsel sonucu

Bu xüsusda Rusiyanın Rosbalt.ru nəşrinin Ermənistandakı seçki öncəsi duruma həsr elədiyi məqalə diqqət çəkir. “Yeni Müsavat” xəbər verir ki, müəllif öncə düşünmək üçün 3 gün möhlət istəmiş Armen Sərkisyanı gözləyən taledən yazıb: “Yerli ekspertlərdən kimsə parlamentli idarəçilikdə prezident vəzifəsini ”gülləyə tuş gələn" adlandırıb. Yəni əgər ölkədə işlər “yaxşı getməsə”, hər şeyi dövlət başçısını üzərinə yıxıb onu istefaya göndərə bilərlər".

Yəni belə çıxır ki, yeni prezident “Yusif Sərrac” taleyi də yaşaya bilər.

Serj Sərkisyan ile ilgili görsel sonucu

“İndiki prezident Serj Sərkisyan haqda ”suda batmaz siyasətçi" imici var. Bunu o, bir neçə dəfə sübut edib - hərçənd həm də Rusiyanın dəstəyi ilə. Kreml Sərkisyana bu dəfə də havadarlıq edəcəkmi? Söyləmək çətindir. Əgər edəcəksə, onda baş nazir o, olacaq. Yox, Moskva ondan soyuyubsa, respublikanın siyasətində yeni, “kompromis şəxs” peyda olacaq", - deyə müəllif ehtimal edib.

Həmin şəxsin hazırda Sərkisyandan daha yaxşı reputasiyaya malik olan indiki baş nazir Karen Karapetyanın olması da istisna olunmur.

Levon Şirinyan ile ilgili görsel sonucu

Məqalədə daha sonra deyilir: “Erməni politoloqlarından Levon Şirinyan hesab edir ki, Serj Sərkisyan yalnız o halda hakimiyyətə qayıdacaq ki (heç hakimiyyətdən getmədən), fors-major vəziyyətlər olmayacaq. Onun fikrincə, hələlik əhalinin və müxalif ”Yelk" (“Çıxış-red.”) blokunun bahalaşmaya reaksiyasını gözləmək lazımdır. Bunlar katalizator rolunda olan məsələlərdir və hakimiyyət bilməlidir ki, istənilən sosial hərəkat çox tezliklə siyasi hərəkata çevrikə bilər. Ermənistanda fors-major vəziyyəti isə artıq hiss olunur - hələlik miqyas böyük olmasa da".

Müəllifə görə, bundan ötrü motiv ikidir: “1. Müxalifət ərzaq məhsullarının kəskin bahalaşması ilə bağlı mitinqlər keçirir - hansı bahalaşmaya görə ki, bəziləri günahı ölkənin Avrasiya İqtisadi Birliyinə üzvlüyündə görür, bir başqaları isə acgöz korrupsioner hakimiyyətdə. İkinci motiv isə sırf siyasidir. Söhbət Ermənistanın xarici sərhədlərini Rusiya FSB-si (Federal Təhlükəsizlik Xidməti - FTX-red.) tərəfindən qorunmasına qarşı etirazların getdikcə güclənməsindən gedir. Rusiya sərhədçiləri hazırda İrəvan hava limanında, İran və Türkiyə ilə sərhəddə dislokasiya olunublar. ”Rusları qovmaq" tərəfdarları hesab edir ki, onların ölkədən çıxarılması Ermənistana imkan verəcək ki, öz suveren öhdəliklərini həyata keçirsin, “Azərbaycanın tərkibində muxtar bölgə olan Naxçıvan tərəfdən Azərbaycan qüvvələrinin hücumu zamanı strateji Mehri istiqamətində özünün müdafiə qabiliyyətini artırsın”. “Rus sərhədçilərdən qurtulma” tərəfdarları həmçinin “aktiv hərəkətlərə” keçməklə hədələyirlər. Bu, baş verərsə, o zaman onlara Gümrüdən rus hərbçilərini çıxarmağı tələb edənlər də qoşulacaq ki, bu da seçki ərəfəsində ölkədəki vəziyyəti kəskin şəkildə pisləşdirəcək və olduqca həssas edəcək. İlk növbədə də nisbi daxili siyasi sabitlik və ölkənin müdafiə qabiliyyəti məsələlərində".

Bu yerdə Rusiya nəşri işğalçı ölkəyə başqa, xəfif bir xatırlatma-xəbərdarlıq da edib: “Bir neçə gün öncə Azərbaycanın Müdafiə Nazirliyi qarşılıqlı razılaşma əsasında Rusiyadan növbəti partiya silah-sursatın alınması haqda rəsmən məlumat yaydı. Heç şübhəsiz ki, bütün bu ”mallar"qısa zamanda cəbhə xəttində yerləşən hərbi hissələrə veriləcək..."

*****

 

Qeyd edək ki, bu günlərdə bir sıra erməni ictimai-siyasi fəal və keçmiş hərbçilər bəyanatla çıxış edərək, 2018-20-ci illərdə Ermənistanın İran və Türkiyə ilə sərhədlərinin qorunmasının Rusiya FSB-dən (FTX) alınaraq, erməni sərhəd qüvvələrinə verilməsini tələb ediblər. “Yeni Müsavat” xəbər verir ki, bəyanatı imzalayanlardan biri - separatçı rejimin keçmiş “xarici işlər naziri” Armen Məlikyan deyib ki, bu məsələyə xüsusi diqqət verirlər.

Rusiyadan Azərbaycana yeni partiya müasir silahlar və hərbi texnika ile ilgili görsel sonucu

“Çünki ”2-4 ilə Rusiyanın bütövlükdə regiondan çıxıb getmək zorunda qalacağı ehtimalı böyükdür. Ancaq bu, bizim uğrunda çalışmalı olduğumuz bir məsələ deyil. Bununla belə, zaman keçdikcə ehtimal artacaq. Belə vəziyyətdə öz sərhədlərimizə keyfiyyətli nəzarəti öz üzərimizə götürməməyimiz uzaqgörənlik olmazdı", - deyə o bildirib  və bunu da əlavə edib ki, bəyanat yəqin ki, belə bir şeyi təsəvvürə gətirməyənlərdə şok effekti yaradacaq.

Maraqlıdır ki, məhz belə bir anti-Rusiya bəyanatının yayıldığı günlərdə də Rusiyadan Azərbaycana yeni partiya müasir silahlar və hərbi texnika gətirilib.(müsavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam