Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ərdoğan NATO-ya səsləndi:"Afrin və Münbiçdən başlayaraq, o terror yuvalarını bir-bir yox edəcəyik"

“Ey, NATO, siz müttəfiqlərinizdən birinin sərhədinə təcavüz edənlərə qarşı mübarizə aparmağa borclusunuz”.

Yenixeber.org: Bunu Türkiyə Prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdiyi siyasi təşkilatın parlamentdəki fraksiyasının genişləndirilmiş toplantısında bildirib.

Dövlət başçısı NATO-nu ciddi tənqid edib: “NATO-ya bir iradım var. Müttəfiqlərinizdən birinin sərhədinə istənilən şəkildə təcavüz edilməsinə qarşı çıxmaq sizin borcunuzdur. İndiyədək bu istiqamətdə bir addım atdınızmı? Bunu onlara demişik. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi bu məsələni NATO-da müzakirə edəcək. Ötən il İraqda oynanılan oyunu pozduq, Suriyada oynan oyunun ürəyinə xəncər sapladıq. Qısa zaman ərzində Afrin və Münbiçdən başlayaraq, Suriyadakı terror yuvalarını bir-bir yox edəcəyik. Buna nə müttəfiqimiz kimi görünüb, bizi kürəyimizdən vuranlar, nə də siyasətçi görünən marginallar mane ola bilər”. (report) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam