Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Ermənistan XİN:“Bizim yenə itkilərimiz var”

 

Ermənistan XİN: “Bizim yenə itkilərimiz var”

Hazırkı mərhələdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda irəliləyişə nail olunması barədə danışmaq çətindir.

Yenixeber.org: “Aysor” nəşri xəbər verir ki, bunu Ermənistan parlamentində keçirdiyi brifinqdə xarici işlər nazirinin müavini Şavarş Koçaryan bildirib.

“İrəliləyişdən danışmaq çətindir, çünki hələlik tərəflər arasında qarşılıqlı inam atmosferi yoxdur. Bu cür atmosfer tamamilə yoxdur”, - deyə Koçaryan qeyd edib. 

Onun sözlərinə görə, inamın yaranması üçün şərtlərdən biri atəşkəs rejiminə əməl olunmasıdır. Koçaryan qeyd edib ki, görüşlər ilk növbədə bu problemin həllinə - təmas xəttində gərginliyin azalmasına yönəlib: 

“Bizim yenə itkilərimiz var. Lakin buna baxmayaraq, bu görüşlər cəbhədə gərginliyin səviyyəsinin azalmasına yardım edir”. 

Koçaryan eyni zamanda qeyd edib ki, hazırda Ermənistan və Azərbaycan XİN rəhbərləri Nalbandyan və Məmmədyarovun görüş tarixi və yeri barədə məlumat verə bilməz. Lakin görüş yanvar ayının ortasında baş tutacaq. 

Eldar Tanrıverdiyev

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam