Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Sərkisyanın 5 milyardlıq borcu- Ermənistanın qaranlıq Qarabağ dalanı

 

 

 

2018 işğalçı ölkəyə bahalaşma dalğası ilə gəldi; Prezident təcili müşavirə çağırdı; Ermənistan kritik həftəyə girir – bahalaşma əleyhinə aksiyalar başlayır; rusiyalı analitiklər: “Ölkənin iqtisadi problemlərinin 90%-i blokada ilə bağlıdır...”

Yenixeber.org: 2018-ci il başlar-başlamaz, Ermənistanda gündəlik tələbat mallarının qiyməti artmağa başlayıb. “Yeni Müsavat”ın hələ ötən il sonu anons elədiyi kimi, bahalaşma dalğası əksər zəruri ərzaq mallarını əhatə edib. Həmçinin benzinin qiymətində tezliklə artım gözlənilir. Bu isə hakim rejimdən onsuz da güclü olan ictimai narazılığı bir qədər də artıra bilər.

Prezident Serj Sərkisyan isə məlum olduğu kimi, aprel ayında parlamentli üsul-idarəyə keçərək Ermənistanda prezidentlikdən baş nazirliyə “sıçrayış” etməklə öz siyasi hakimiyyətinin ömrünü uzatmağı hədəfləyib. Aydın məsələdir ki, aprelə qədər ölkədə sosial-iqtisadi durum ağırlaşmaqda davam edərsə, bu, ilk növbədə Sərkisyanın yeni hakimiyyət planlarına ciddi zərbə olacaq.

*****

Erevan ile ilgili görsel sonucu

Təsadüfi deyil ki, yanvarın 10-da Serj Sərkisyan məhz qiymət artımı və bahalaşma ilə bağlı hökumətin təcili toplantısını keçirib. “Yeri Müsavat”ın erməni qaynağına istinadən verdiyi xəbərə görə, maraqlısı həm də odur ki, müşavirə baş nazir Karen Karapetyansız keçirilib - sonuncu hazırda məzuniyyətdədir.

Bununla bağlı erməni şərhçilərindən Aram Amatuni 1 in.am portalında yazıb: “Şübhəsiz ki, qiymət artımı mövzusu təcili xarakter daşıyır, ancaq buna da şübhə yox ki, əgər Serj Sərkisyan müşavirəni cəmi 2-3 gün sonra keçirsəydi, Karapetyan məzuniyyətdən qayıdar, elə bir böyük dəyişiklik də baş verməzdi. Nədən ki, çətin ki, müşavirədən sonra qiymətlər enməyə başlasın”.

Sarkisyan ile ilgili görsel sonucu

Yəqin ki, bununla Sərkisyan apreldəki əsas rəqiblərindən olan indiki baş naziri bir növ qabaqlamaq, özü haqda cəmiyyətdə guya xalqın dərdinə daha çox yanan imici yaratmaq istəyib. Onu da qeyd edək ki, parlamentdəki müxalifyönlü “Yelk” bloku yanvarın 19-a bahalaşma əleyhinə aksiyalar təyin edib. Bəzi müşahidəçilərə görə, Sərkisyanı təcili şəkildə hökuməti toplamağa bu amil də vadar edə bilərdi.

*****

Bu arada xarici borcları da artan və illik büdcəsini xeyli üstələyən (yanvarın 1-nə 5.1 milyard dollar təşkil edib) Ermənistana üçün bu ildə Dağlıq Qarabağ probleminin həllində ciddi dönüşün olmaması yeni kataklizmlər vəd edir - ilk növbədə də ölkə əhalisinin güzəranında bunun özünü qabarıq şəkildə göstərəcəyi şübhə doğurmur.

“Dağlıq Qarabağ münaqişəsi əvvəlki illər kimi, Ermənistan iqtisadiyyatına neqativ təsir göstərməkdə davam edir. Çünki Ermənistanın öz geo-iqtisadi şərtləri imkan vermir ki, qonşularla əməkdaşlıq olmadan effektli şəkildə inkişaf eləsin”. “Yeni Müsavat” “Vestnik Kavkaza” nəşrinə istinadən xəbər verir ki, tanınmış rusiyalı analitiklər işğalçı ölkədə iqtisadi geriliyin və əhalinin olduqca aşağı həyat səviyyəsinin səbəblərindən danışarkən ən əvvəl bu qənaətə gəliblər. Onların bu xüsusda bəzi fikirlərini təqdim edirik.

Sergey Markov ile ilgili görsel sonucu

Sergey Markov (Moskvadakı Siyasi Tədqiqatla İnstitutunun direktoru): “Fikrimcə, Ermənistanın iqtisadi problemlərində həll edilməmiş Dağlıq Qarabağ ixtilafının həlledici rolu var. Bu konflikt olmasaydı, respublika iki tərəfdən blokadada olmazdı. Blokadasız şəraitdə isə əlbəttə ki, Ermənistan qat-qat yaxşı inkişaf edərdi. Ona görə də Rusiyanın təklif elədiyi ”Kazan formulu" optimaldır, çünki Dağlıq Qarabağ ətrafında onsuz da boş qalan rayonların boşaldılması qarşılığında Ermənistanla sərhədlərin açılmasını nəzərdə tutur. Bu, öz iqtisadiyyatını ayağa qaldırmaq üçün Ermənistana əla şans olardı. Blokada şəraitində bəzi ölkələrin müəyyən iqtisadi uğurlar əldə eləməsi faktları var. Ancaq nəzərə almaq lazımdır ki, Ermənistan balaca ölkədir və onun iqtisadi potensialı kiçikdir. Ermənistanın iqtisadi problemlərinin 90%-i məhz blokada ilə əlaqədardır".

Aleksey Fenenko ile ilgili görsel sonucu

Aleksey Fenenko (Lomonosov adına MDU-nun Dünya Siyasəti fakültəsinin beynəlxalq təhlükəsizlik kafedrasının dosenti): “Əvvəla, Ermənistanın coğrafi vəziyyəti əlverişli deyil: onun nəqliyyat marşrutu olacaq nə okeanlara, nə də nəqliyyat hansısa iri çaya çıxışı yoxdur. Ermənistan dünya ticarət yollarından kənarda yerləşir. Bundan əlavə, ölkə xarici bazara elə bir qiymətli məhsul təklif edə bilmir: Ermənistan ətrafında kənd təsərrüfatı malları bazarı çoxdan tutulub, bahalı daşlar və nadir mineralların ixracı isə lüks sinfinin məhdud seqmentini təşkil edir. Ermənistanın rəqabət qabiliyyətli başqa malları isə yoxdur. Bu situasiyanı üstəlik, sərhədlərin qapalı olması və blokada rejimi daha da ağırlaşdırır. Xüsusən də Türkiyə tərəfdən blokada çox ağırdır. Ermənistan hazırda pat vəziyyətindədir. İqtisadi problemlərin həlli tələb edir ki, İrəvan Dağlıq Qarabağ probleminin nizamlanmasında siyasi iradə göstərsin”.

*****

Bu kimi şərhlərin sayını artırmaq da olar. Ancaq bizcə, kifayətdir. Qalır indi tanınmış analitiklərin yuxarıdakı obyektiv dəyərləndirmələr və xəbərdarlıqların rəsmi İrəvan tərəfindən ciddiyə alınması. Alınacaqmı, yoxsa xalqa “miatsum” nağılları danışmağa davam ediləcək?

Söyləmək çətindir. Bir şey dəqiqidir ki, işğalçı ölkənin və onun iqtisadiyyatının taleyi indi müstəsna olaraq, ermənilərin öz seçimindən aşlıdır. Məhz erməni xalqı nəhayət ki, ağır dolanışıq və bahalaşma dalğasından qurtulmaq üçün hakimiyyətə yeganə doğru və məqbul yolu göstərə, onu həmin yolla getməyə vadar edə bilər. Hansı yol ki, yuxarıda artıq göstərildi.(müsavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam