Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Avropa Şurası Azərbaycanla əməkdaşlığı dayandırdı

 

Avropa Şurası (AŞ) Azərbaycanda insan haqlarına dair birgə işçi qrupundan çıxdığını bəyan edib.

"Xeberinfo.com":  Məlumata görə, bu bəyanatla AŞ baş katibinin mətbuat katibi çıxış edib.

Bəyanatda deyilir: “Avropa Şurasının baş katibi Torbörn Yaqland bu gün - oktyabrın 7-də AŞ Nazirlər Kabinetini Azərbaycanda insan haqlarına dair birgə işçi qrupundakı iştirakına son qoyması barədə məlumatlandırıb.

AŞ-nin nümayəndəsi 2014-cü ilin oktyabrından bəri qarşısına Azərbaycan vətəndaş cəmiyyəti ilə hökumət arasında dialoqun bərpa olunmasını məqsəd qoyan Bakı görüşlərində iştirak edib. Lakin bu təşəbbüslərə baxmayaraq ölkədə hüquq müdafiəçiləri ilə bağlı ümumi vəziyyət dramatik şəkildə pisləşib. Həbs edilən hüquq müdafiəçilərinin sayı artıb. Avropa Şurası isə onların saxlanma şəraitinin qeyri-məqbul olmasına dair narahatlıq doğuran məlumatlar alır.

AŞ baş katibi bütün bunlarla əlaqədar Azərbaycan prezidenti İlham Əliyevi də öz qərarı barədə məlumatlandırıb”.

 “Turan” 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam