Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Cənubi Koreya və Şimali Koreya bir araya gəldi

 

Cənubi Koreya və Şimali Koreya bir araya gəldi
Want create site? Find Free WordPress Themes and plugins.

Cənubi Koreya və Şimali Koreya  iki illik aradan sonra yüksək səviyyəli danışıqlara başladı.

Yenixeber.org: Sərhəd bölgəsində yerləşən və əsgərlərin olmadığı Panmunjom kəndində keçirilən görüşdə iki ölkə arasındakı danışıqlar aparılıb. Cənubi Koreyanın Naziri Cho Myoung-gyon, Qış Olimpiadasının bir sülh festivalı halına gətirməyə və iki Koreya dövləti arasındakı əlaqələrin inkişaf etdirilməsi üçün ilk addımları atmağa çalışacaqlarını deyib.

Görüşdə Şimali Koreya Sülh Birləşməsi Komitəsinin sədri Ri Son-Gwon, “Mən buraya iki Koreya dövlətinin səmimi və sadiq bir şəkildə görüş keçirilməsi ümidlə gəlmişəm” -deyib.

Seul ilə Pxenyan rəhbərliklərinə üst səviyyəli nümayəndələrin qatıldığı müzakirələrdə Cənubi Koreyada təşkil ediləcək 2018 Qış Olimpiadalarına Şimali Koreyanın iştirakı etməsi ilə iki ölkə arasındakı gərgin münasibətlərin yaxşılaşdırılması və Koreya yarımadasının nüvə silahlarından təmizlənilməsi məsələlərinin müzakirə edilməsi gözlənilir.

İki ölkə arasında bu gün başlayan görüş, 2015-ci ilin dekabrından bu yana Cənubi Koreya ilə Şimali Koreya arasında reallaşan ilk yüksək səviyyəli görüş hesab edilir.

Şimali Koreya nümayəndələri görüş zamanı imançılarını olimpiadalara rəsmən göndərəcəyini qeyd edib. Cənubi Koreya nümayəndələri də görüşün sonunda Şimali Koreya ilə yaxın zamanda hərbi məsələlər haqqında danışmaq istədiklərini bildirib.(a24)

Məhəmməd Şükürlü


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam