Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

KİV:Şimali Koreya öz şəhərini bombalad

 

KİV:

 

 

KİV: ŞİMALİ KOREYANIN RAKETLƏRİNDƏN BİRİ ŞƏHƏRƏ DÜŞDÜ

Şimali Koreyanın Pxenyan-Namdo əyalətində ordunun apardığı uğursuz raket sınağı nəticəsində raketlərdən biri Tokçhon şəhərinə düşüb. 

Yenixeber.org:  Bu barədə “The Diplomat” ABŞ hökumətində KXDR-nin raket proqramının monitorinqini aparan mənbəyə  istinadən məlumat yayıb. 

Məlumata görə, insident aprelin 28-də baş verib. Sunçhonun şəhərinin kənarından buraxılan “Hvason-12” ballistik raketi 70 km yüksəkliyə qalxıb, bir müddət sonra isə  şəhərə düşərək, bir sıra sənaye və kənd təsərrüfatı obyektlərinə ciddi ziyan vurub. 

Dərgi sübut olaraq bir neçə fakt göstərib. Məsələn, iyul ayında KXDR-də “Hvason-14” ballistik raketinin ilk uğurlu buraxılışına həsr olunmuş konsert keçirilib. Həmin konsertdə ölkənin Kim İr Senin hakimiyyət illərindən başlayan raket proqramının tarixi - videoicmalı nümayiş olunub.

Videoçarxda “Hvason-12” raket buraxılışının KXDR lideri Kim Çen Inın iştirakı ili keçirilən hər 3 təftişindən təsvirlər təqdim olunub. “The Diplomat” qeyd edir ki, hər üç buraxılış uğurlu olsaydı, ölkənin rəsmi “təbliğat maşını” mütləq onlar barədə danışardı.

 

Bundan başqa, dərgi “Google Earth” xidmətindən çəkilmiş peyk təsvirini yayıb. Həmin təsvirdə  dağılmış tikililəri görmək mümkündür. Peyk fotoçəkilişinin təxmini müddəti 26-29 aprel göstərilib. 

Məhz həmin tarixdə Şimali Koreyanın növbəti ballistik raket sınağı iflasa uğramışdı. 

“Hvason-12”  maye halında olan, özüalışan yanacaqla işləyir, düşdüyü ərazidə güclü partlayışa və  böyük dağıntılara səbəb ola bilir. Dərgiyə görə, raketin düşdüyü məkanın coğrafi xüsusiyyətlərinə əsasən, həmin ərazidə insan itkisi olmaya da bilər; bu məlumatları dəqiqləşdirmək mümkün deyil. Ancaq raketin trayektoriyasında cüzi dəyişiklik ağır fəsadlara yol aça bilərdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam