Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ermənistanın yeni baş nazirini Rusiya müəyyən edəcək

 

Ermənistanın yeni baş nazirini Rusiya müəyyən edəcək

Ermənistanın baş nazir vəzifəsinə yeni namizədi Rusiya ilə razılaşdırılmalıdır.

Yenixeber.org: Bu barədə erməni KİV-ləri məlumat yayıb. Bildirilib ki, Rusiya mətbuatı davamlı olaraq Ermənistanın baş naziri məsələsini gündəmdə saxlayır. 

Mətbuatda 2018-ci ildə fəaliyyətdə olan prezidentin (Serj Sarkisyan - red) Ermənistanın baş naziri olacağına dair Rusiya Dövlət Duması deputatının açıqlaması yer alıb. Bunun ardınca Rusiyanın Xarici İşlər Nazirliyinin naməlum əməkdaşı adından "Ermənistanın yeni baş nazir namizədinin seçimi Moskva ilə öncədən razılaşdırılmadan aparıla bilməz" deyə məqalə dərc olunub.

Gələn il Rusiyanın özündə prezident seçkilərinin olmasına baxmayaraq, hər dəfə Ermənistanın bir nömrəli məsələsinin - baş nazir seçiminin Kremlin müdaxiləsi olmadan həll edilə bilməyəcəyi xatırladılır. Bunun bilərəkdən edildiyi, yoxsa Rusiya XİN əməkdaşının subyektiv fikri olduğunu demək çətindir. 

Rusiyanın Xarici İşlər Nazirliyinin adı çəkilməyən əməkdaşının sözlərinə görə, onun ölkəsini siyasi keçid mərhələsindən sonra Ermənistan hökümətinə kimin başçılıq edəcəyi daha çox maraqlandırır. Həmin şəxs Ermənistanın gələcək daxili quruluşunu Dağlıq Qarabağmünaqişəsinin nizamlanması baxımından əhəmiyyətli hesab edir.

XİN rəsmisi həm də 2014-cü ildə Serj Sarkisyanın baş nazir olmaq istəmədiyi barədə verdiyi bəyanatı yada salıb. Ancaq indi Serj Sarkisyan bu sual ətrafında dolayı cavablar verir. 

Rusiya rəsmisi növbəti dəfə xatırladıb ki, Moskvanın razılığı olmadan baş nazir məsələsi həll edilə bilməz. O, digər tərəfdən Serj Sarkisyanın bir vaxtlar başqa cür danışdığını, indi fikrini dəyişdiyini diqqətə çatdırıb. 

Moskvanı indiki prezidentin namizədliyi qane etmir? Bunun cavabını zaman göstərəcək.

Alpər Mövludoğlu

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam