Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

40 İLLİK HAKİMİYYƏTİN SONU –Zimbabve prezidenti xanımı ilə birlikdə həbs edildi

1193

Yenixeber.org: Zimbabvedə üsyançı hərbçilər 40 il boyunca hakimiyyətdə olan prezident Robert Muqabe və həyat yoldaşını həbs edib.  APA TV-nin Rusiya mətbuatına istinadən məlumata görə, bundan əlavə onlar mərkəzi televiziyanı ələ keçirib.

Ordu qüvvələrinin hazırda strateji obyektləri nəzarətə götürdüyü açıqlanıb. Bundan əlavə prezident və birinci xanımın saxlanıldığı yer açıqlanmasa da, həyatları üçün hər hansı təhlükənin olmadığı bildirilib.

Qeyd edək ki, 14 noyabrdan etibarən ölkədə hərbi çevriliş başlayıb.

****

Zimbabvedə ZBC dövlət televiziya binasını tutmuş hərbçilər prezident Robert Mugabe-nin ailəsilə birlikdə saxlandığını bildiriblər. Hərbçilər baş verənlərin çevriliş olmadığını qeyd etməklə yanaşı Mugabe və onun ailəsinə heç bir təhlükənin olmadığını bildirirlər.

Hakim “Zimbabve Afrika Milli İttifaqı – Vətənpərvər cəbhə” partiyasında bildiriblər ki, bu addım “ölkənin sağlamlığı naminə” atılıb.

“Bu gün yeni era başlayır”, - partiyanın bəyanatında deyilir.

Yerli KİV-lərin məlumatına əsasən, Mugabe istefa verməyə hazırlaşır, onun varisi isə, əvvəl bəyan edildiyi kimi, onun arvadı yox, vitse-prezident Emmerson Mnangagva olacaq.

На дорогах за пределами Хараре замечена бронетехника

“Yoldaş Mnangagwa Zimbabveni daha yaxşı məkana çevirəcək”, – hakim partiyanın bəyanatında deyilib.

ZBC dövlət televiziya şirkəti binasını hərbçilər çərşənbə gününə keçən gecə tutub.

“Prezident və onun ailəsi sağ-salamatdır, onların təhlükəsizliyi təmin olunub”, – hərbi qeyimli şəxs telekanalın efirində bildirib.

Reuters agentliyi həmin şəxsi general-mayor Mojo kimi tanıyıb. Generalın təbirincə, hərbçilər Mugabe-nin ətrafında olan cinayətkarlara qarşı çıxış edib.

Грейс Мугабе стала вероятной преемницей своего 93-летнего мужаHarare şəhərində partlayış və top atəşi səsləri eşidilib. Harare şəhərində yerləşən Britaniya və ABŞ səfirlikləri vətəndaşlarına ictimai yerlərə çıxmamağı məsləhət görüb. Nə 93 yaşlı Mugabe, nə onun nümayəndələri, hələlik heç bir bəyanat verməyiblər (BBC).


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam