Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Con Kennedinin qətli ilə bağlı yeni sənədlər açıqlandı

Con Kennedinin qətli ilə bağlı yeni sənədlər açıqlandı

 

ABŞ-ın Milli Arxivi 1963-cü ildə qətlə yetirilən ölkənin 35 yaşlı prezidenti Con Kennedi ilə bağlı 676 yeni sənəd açıqlayıb

 

Yenixeber.org: 553 sənədə Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən hazırlanıb. Bundan əlavə Ədliyyə və Müdafiə Nazirliklərinin, həmçinin qətlin araşdırılması üzrə Konqres palatasının xüsusi komitetinin kağızları dərc edilib. 

Xatırladaq ki, oktyabrın 26-da ABŞ prezidenti Donald Tramp Con Kennedinin qətli bağlı üç minə yaxın sənədin açıqlanması barədə memorandum imzalayıb. Bununla belə, o, qeyd edib ki, bütün sənədlər dərc edilməyəcək. Belə ki, federal agentliklər prezidentdən onlara 26 aprel 2018-ci ilə qədər vaxt verməsini xahiş ediblər. Ağ Ev başçısı hadisə ilə bağlı sağ qalan insanlardan başqa bütün sənədlərin açıqlanacağına söz verib. 

Con Kennedi iki ildən bir az çox müddətdə ABŞ prezidenti olub. O, 22 noyabr 1963-cü ildə Dallasa səfəri zamanı ölümcül güllə yarası alıb. Rəsmi məlumata əsasən, prezidenti Li Harvi Osvalda adlı şəxs snayper tüfəngi ilə uzaq məsafədən vurub. Prezidentin qətlinin təfərrüatları indiyədək mübahisə mövzusudur.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam