Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Karles Puçdemon və onun dörd müşaviri Madriddə keçirilən məhkəməyə gəlməyib

 


Kataloniya jeneralitetinin sabiq başçısı Karles Puçdemon və onun dörd sabiq müşaviri ifadə vermək üçün Madriddə yerləşən İspaniya Milli Məhkəmə Palatasına gəlməyib.

Yenixeber.org:  “El Mundo” qəzetinin yaydığı məlumata görə, Puçdemonla yanaşı, onun səhiyyə məsələləri üzrə müşaviri Toni Komin, mədəniyyət məsələləri üzrə müşaviri Luis Puç, aqrar məsələlər üzrə müşaviri Meriçel Serret və təhsil məsələləri üzrə müşaviri Klara Ponsanti Brüsseli tərk etməyiblər.

Bu gün səhər saatlarında muxtar region parlamentinin doqquz sabiq üzvü, o cümlədən Kataloniya hökuməti sədrinin sabiq müavini Oriol Junkeras ifadə vermək üçün məhkəməyə gəliblər.

Xatırladaq ki, prokurorluğun üsyan təşkilində, qiyamda və dövlət vəsaitini dağıtmaqda ittiham etdiyi sabiq hökumət üzvləri ifadə vermək üçün noyabrın 2-də və 3-də İspaniya Milli Məhkəmə Palatasına gəlməlidirlər. Prokurorluq öz iddiasında həmin müddətdə məhkəməyə gəlməyən şübhəlilərin saxlanılması barədə də məsələ qaldırıb.(azərtac)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam